Azəri qızı Günel Ebru Gündeşin sevgilisini əlindən alıb?! ŞOK!!!

Azəri qızı Günel Ebru Gündeşin sevgilisini əlindən alıb?! ŞOK!!!

Bir müddətdir ki, Ebru Gündeş sevgilisi Osman Tan ondan ayrıldığı üçün depresiyaya düşüb. Türk mətbuatı buna səbəb azərbaycanlı bəstəkarın olduğunu iddia edir. Məsələ burasındadır ki, Osman Tan Türkiyədə fəaliyyət göstərən Rza adlı azərbaycanlı bəstəkara Ebru üçün mahnı sifariş edib, o isə müğənniyə "Ölümsüz aşklar" mahnısını yazıb. Olanlar da bu mahnıdan sonra baş verib. Osman Tan müğənni sevgilisini bəstəkara qısqandığından sakitcə ondan ayrılıb. Bir neçə gün bundan əvvəl isə türk maqazin proqramlarından birində Azəri qızı Günelin həmyerlisi, bəstəkar Rza ilə eşq məcaralarının olduğu deyilərək, iddia edilib ki, məhz, Ebru Gündeş Osman Tan üçün deyil, Günel tərəfindən əlindən alınan azərbaycanlı bəstəkar üçün depresiyaya düşüb.
Bu yaxınlarda Türkiyənin ATV kanalında yayımlanan "İbo Show"-da bütün bu məsələlərə aydınlıq gətirilib. Güneli türk şou-biznesinə aparan və ona hərtərəfli dəstək olan İbrahim Tatlısəs şounun aparıcısı kimi Günelə bu istiqamətdə suallar verib. Qəribədir ki, Günel "abimsin", "babamsın" dediyi İbrahim Tatlısəsin suallarına cavab verməkdə çətinlik çəkib. İbrahim isə qeyd edib ki, susmaq razılıq əlamətidir. O, əlavə edib ki, əgər həqiqətən də ortada ciddi sevgi münasibətləri varsa, bunu maqazin proqramlarına mövzu etmək lazım deyil. Azəri qızının geyimlərinə xüsusi iradlarını bildirən İbo məsələdə adı hallanan bəstəkarı da çox yaxşı tanıdığını, hörmət etdiyini vurğulayaraq, onların hər ikisinə xəbərdarlıq edib. Günel bütün veriliş boyu müəllifi Rza olan "Adı yok" mahnısı da daxil olmaqla iki mahnı ifa edib və həmyerlimiz şou ərzində elə iki dəfə də geyimlərini dəyişməklə diqqət çəkib. Xatırladaq ki, "Adı yok" albomu satışa çıxmazdan əvvəl mediada guya, bu mahnıya Günelin yüz min dollar pul xərclədiyi haqqında fantastik dezinformasiyalar yazılırdı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 21500   Tarix: 14 yanvar 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961