Yeni Nokia 5800 XpressMusic

Yeni Nokia 5800 XpressMusic

Yeni Nokia 5800 XpressMusic modelini təqdim etməklə Nokia öz musiqi həllərinin silsiləsini daha da genişləndirir...
Yeni Nokia 5800 XpressMusicNokia 5800 XpressMusic – kütləvi bazar üçün innovasiyalı funksionallıq təqdim edən musiqili mobil cihazdır. Nokia 5800 XpressMusic musiqi funksionallığı baxımından Nokia-nın ən yüksək standartlarına tam cavab verir.

Təbii ki, bu növ mobil cihazlardan istifadəçilər musiqili funksiyaların mükəmməlliyi, böyükhəcmli yaddaş, güclü dinamiklər və rahat sinxronlaşdırmadan əlavə adi telefonun ənənəvi funksiyalarının da eyni dərəcədə mükəmməl olmasını gözləyir, o cümlədən kontentə və mühüm kontaktlara birbaşa rahat daxilolma imkanını.

Nokia 5800 XpressMusic hər mənada naqissizdir. O, kontentə asan daxilolmanı və istənilən yerdən informasiya mübadiləsinin rahatlığını təmin edir.

Nokia-nın vitse-prezidenti cənab Jo Harlow şirkətin niyyətlərini belə şərh edir: "Nokia 5800 XpressMusic ilə biz həyatda mövcud olan ən universal birləşdirici qüvvə vasitəsilə – musiqi ilə – insanları birləşdirmək ümidindəyik. Dünyanın müxtəlif ölkələrində yaşayan insanların musiqi zövqləri də fərqlidir. Biz bunu nəzərə alıb çalışdıq ki, Nokia 5800 XpressMusic insanlara istənilən musiqini istədikləri kimi dinləmək azadlığını versin".

Yeni Nokia 5800 XpressMusicMultimediyalı panel, kontaktlar paneli - istifadəçilərin rahatlığı ən üstün amildir

Yeni Nokia 5800 XpressMusicNokia 5800 XpressMusic sensorlu displeyin üstünlüklərindən istifadə edir və öz innovasiyalı təklifini – "multimediyalı paneli" Sizə təqdim edir. Bu rahat menyu musiqili və əyləncəli funksiyalara, o cümlədən sevdiyiniz musiqi parçaları, video və fotoların siyahısına birbaşa rahat girişi təmin edir. Bundan əlavə, multimediyalı menyu sayəsində İnternetə birbaşa daxil olmaq və onlayn rejimində məlumat mübadiləsini gerçəkləşdirmək də çox asandır.

Nokia 5800 XpressMusic Flash formatında kontentin əks edilməsi funksiyasını da dəstəkləyir – belə ki, istifadəçi istənilən İnternet saytına fraqmentlərlə deyil, tam şəkildə baxa bilər.

Üstəlik, Nokia 5800 XpressMusic bütün əsaslı funksiyalara da malikdir, o cümlədən qrafik ekvalayzerə, 6000-ə qədər mahnı saxlaya bilən 8 Gb-lıq yaddaşa və s.

Dolğun həcmli səslənməni dəstəkləyən daxili stereodinamiklər mobil industriyada mövcud olan ən güclü səs keyfiyyətini təmin edir.

Ölçüsü 3,2 düym olan geniş, yüksəkkeyfiyyətli displey foto, video və şəbəkə kontentinin super - görüntüsünü təmin edir.

Öz növbəsində, videoçəkilişlərin və baxışın mükəmməl VGA keyfiyyəti, 16:9 formatlı displey və saniyədə 30 kadr sürəti qarşınızda ən geniş imkanlar açır.

Bundan əlavə, Nokia 5800 XpressMusic, Carl Zeiss optikası ilə təchiz olunmuş 3,2-meqapikselli daxili kameraya da malikdir.

Yeni Nokia 5800 XpressMusicYeni Nokia 5800 XpressMusicYeni Nokia 5800 XpressMusicYeni Nokia 5800 XpressMusicYeni Nokia 5800 XpressMusicYeni Nokia 5800 XpressMusic


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 13237   Tarix: 27 yanvar 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874