"Həyatımda bu da oldu... Məni bambaşqa ifadə etdi" - Aygün Kazımova - VİDEO

"Həyatımda bu da oldu... Məni bambaşqa ifadə etdi" - Aygün Kazımova - VİDEOXəbər verdiyimiz kimi, yanvarın 26-da Xalq artisti Aygün Kazımovanın 52 yaşı tamam olub. Özünə dəbdəbəli ad günü keçirən estrada ulduzu özəl gününü dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mətbuat üzvləri ilə birgə keçirib. Bakının lüks restoranlarının birində baş tutan gecədə 200-dən çox qonaq iştirak edib. Lakin səhnəmizin "Diva"sına deyilən gözəl sözlər, edilən təbriklər və verilən hədiyyələr həmin günlə məhdudlaşmayıb.

BiG.AZ xəbər verir ki, Əməkdar artist Dilarə Əliyeva özünün "Söhbət var" verilişinə Aygün Kazımovanı qonaq edərək ona unudulmaz "Ad günü" hədiyyələri edib.

Verilişdə müğənniyə hətta heykəl daxil, maraqlı sürprizlər edən aparıcı ən çox sənətçiyə verdiyi dəyəri və onun haqqında dediyi sözlərlə yadda qalıb.

Aygün verilişdən fraqmenti şəxsi "İnstagram" səhifəsində paylaşaraq bu sözləri yazıb:

"Yaşadıqlarım və sizə yaşatdıqlarım...

Şou-biznes bünövrəsinin ilk daşları, ilk oxları, ilk yıxılıb-qalxmaları.

İlk… Yazılan ilk qanunları…

37 ili sətirlərə sığdırmaq çətin olsa da, bu çıxışı ilə əzizim, Əməkdar artist Dilarə Əliyeva məni bambaşqa ifadə etdi".

Kazımova digər paylaşımında ona hədiyyə edilən büstü nümayiş etdirərək belə yazıb:

"Həyatımda bu da oldu, bunu da yaşadım. Hər zaman ilkləri mən edirdim, amma bu ilk teleməkanda sənin adına yazıldı, əzizim Dilarə".

Maraqlı verilişi tam izləmək istəyənlər aşağıdakı videoya baxa bilərlər:

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1404   Tarix: 31 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mətanət Əsədova ana olacağını açıqladı - VİDEO

Müğənni Mətanət Əsədova ana olacağını açıqlayıb. Bu haqda sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində məlumat verib. "Allahın qismətidir. Allah imkan versə, ana olacağam, inşallah. Heç kimin başı üçün deyil ki, mənim şəxsi həyatıma qarışsın. Mənimlə heç kim oyun oynaya bilməz"

22.04.2024 3380
.

"Yalı çapkını" serialına yeni aktyor gəlir

"Yalı çapkını" serialına yeni obraz qatılacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Aktyor Nazmi Kırık serialın yeni üzvü olacaq. O, serialda Akının atası Tayyar rolunu oynayacaq

22.04.2024 1959
.

Faiq Öztürk iflic olub

Türkiyəli müğənni Faiq Öztürkün 20 gün öncə Bodrumda beyninə qan sızıb. Axşam.az xəbər verir ki, sənətçinin sol tərəfi iflic olub. 62 yaşlı müğənni Ankarada müalicə olunur. Bu barədə məlumatı müğənninin həyat yoldaşı və duet ortağı Safiye Soyman verib

25.04.2024 458
.

Türk mediası Cavanşir Məmmədovun ölümündən yazdı

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün vəfat edib. Axşam.az-ın məlumatına görə, bu barədə türk mediasında da xəbərlər dərc olunub. Məlumatda Azərbaycanın tanınmış sənətçilərindən biri Cavanşir Məmmədovun 70 yaşında evində ürəktutmasından dünyasını dəyişdiyi əks olunub. Həmçini

21.04.2024 777
.

"Xəstəxanada olarkən halallaşmışdıq" - Elgiz ağladı

"Biz Cavanşir Məmmədovla eynik vaxtda koronavirusa yoluxmuşduq. Pandemiyanın ən kritik vaxtında xəstələnmişdik, ikimiz də xəstəxanaya düşdük. Həmin ərəfədə xəstəxanalarda yer də yox idi. Cavanşir müəllim Fatmayı tərəfdə xətəxanada idi, çox uzağa düşmüşdü. Mən isə Musa Nağıyeva adına xəstəxanad

21.04.2024 1267
.

"Evlənmərəm" deyib böyük danışıram" - Simge

Mənim kimi öz ayaqları üstündə dura bilən qadınlar sadəcə bəyəndiyi və seçdiyi kişilərlə münasibət qurur. xəbər verir ki, bu sözləri türkiyəli müğənni simge deyib. O qeyd edib ki, evliliyi istisna etmir:. "Evlənmərəm" deyib böyük danışıram. Amma hər şeyə açığam. Surprizləri sevirəm"

25.04.2024 235
.

Aygün Kazımovadan daha bir DİQQƏTÇƏKƏN YENİLİK

Xalq artisti Aygün Kazımova yeniliyi ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, Pop kraliça məclislərdəki çıxışına yenilik qatıb. Belə ki, ölkənin əsas ulduzu məclislərə rəqqaslarlar birlikdə gedir. Rəqsləri, musiqiçiləri ilə toy səhnəsini əsl konsertə çevirən Kazımovanın bu yeniliyi də maraqla qarşılanı

21.04.2024 9421
.

"Onun ölümünə sevinmək nədir?"

Şair Nazilə Səfərli ötən gün 70 yaşında vəfat edən Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə mərhum sənətçi haqda pis rəy yazanlara iradını bildirib:. "Deyirəm, gör hansı zəmanəyə gəldik. Ölən insana bir rəhmət deməyə dilləri gəlmir. Cavanşi

21.04.2024 981
.

"Molla Quranı göstərib deyir ki, sənin növbəndir"

Əməkdar artist Yusif Mustafayev ölüm xəbərinin yayılmasından danışıb. Axşam.az xəbər verir ki, ki, müğənni "Elgizlə izlə" proqramına zəng edərək bunları deyib:. "Kimə nə etmişəm? Bir dəfə demişəm ki, atam uzunömürlü olub, mən də çox yaşayacağam. Kim bilir, bəlkə sabah öldüm. Bir moll

22.04.2024 661