Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi

Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildiİki il əvvəl noyabrın 9-da Şuşa şəhərinin azad edilməsinin ardınca Azərbaycan Ordusu Laçının Güləbird, Səfiyan, Türklər kəndlərini də işğalçılardan təmizləmişdi. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından sonra Ermənistan kapitulyasiya elan etdi. Beləliklə də, 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər rayonları kimi Azərbaycana təhvil verməli oldu. Beləliklə də, Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması prosesi başa çatdı.
Qeyd edilməlidir ki, 1992-ci ildə AXC-Müsavat mənfur cütlüyünün Bakıda vəzifə davasında iştirak etdiyi dövrdə ön cəbhə müdafiəsiz qalmışdı. Məhz bu hərc-mərcliyin, özbaşınalığın, anarxiyanın nəticəsində erməni quldurları Azərbaycanın son dərəcə strateji əhəmiyyətli Şuşa və Laçın rayonlarını işğal etməyə nail oldular. Buna görə də, Şuşanın təhvil verilməsi, Laçının müdafiəsinin lazımi səviyyədə təşkil edilməməsi bilavasitə AXC-Müsavat cütlüyünün, o vaxt həmin partiyaların rəhbərliyinin və onların üzvlərinin cinayəti idi. Xain AXC-Müsavat cütlüyü 1992-ci ildə Şuşanın və Laçının işğalından sonra hakimiyyətə gəldiyi də faktdır. Elə bu səbəbdən də Şuşanın və Laçının işğal olunması AXC-Müsavat cütlüyünün gənc müstəqil Azərbaycan dövlətinə qarşı etdiyi satqınlıq, xəyanət və cinayət idi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin praqmatik və rasional siyasəti nəticəsində Laçının bir şəhid vermədən qaytarılması, rayonun işğaldan azad olunması tarixi hadisədir. Laçın rayonu Ağdam və Kəlbəcər kimi bir güllə atmadan, bir şəhid vermədən işğalçılardan təmizləndi, azad olundu.
Azərbaycan dövlətinin bu gün qarşısında duran mühüm vəzifələrdən biri bundan sonra işğaldan azad edilən rayonlara qayıdışı təmin etməkdir. Artıq bu istiqamətdə işlər başlanılıb, azad olunmuş ərazilərdə bərpa, tikinti işləri görülməkdədir. Rayon ərazində aparılan tikinti-bərpa işlərinin güdişatı onu göstərir ki, artıq Laçınlıların birinci qrupu öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər.
Kənd təsərrüfatı rayonu olan Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar vardır. Artıq ikinci ildir ki, çobanlar ilə qoyun sürüləri oraya göndərilir. Laçın rayonunda yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürürlər.

Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenent, qazi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 268   Tarix: 25 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

DiGƏR XƏBƏRLƏR

"Estetikli qadınların uşaqları özlərinə bənzəmir"

Türkiyəli aktrisa Pelin Karahan müsahibəsiylə gündəmə gəlib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Karahan aktrisaların estetik etdirməsinə münasibət bildirib:. "Estetiklə başqa bir qadın olmaq istəmirəm, aktrisalara da yaraşdırmıram. Həddindən artıq estetiki olan qadınlara baxın

25.11.2022 528

Qətərdəki dünya çempionatında göy qurşağı bayraqlarına icazə verildi

FİFA 2022-ci il dünya çempionatının oyunları zamanı LGBT icmasının dəstəklənməsinə qoyulan qadağanı aradan qaldırıb. Belə ki, dünya üzrə çox sayda futbol federasiyaları qrup mərhələsinin növbəti turundan etibarən göy qurşağı bayrağının stadionlarda qadağan edilməyəcəyi və Qətərin lazımi zəmanətləri verdiy

25.11.2022 357

Bir günə axtarışda olan 77 nəfər tutuldu, 3 ölü var

Noyabrın 24-də ölkədə qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılara

25.11.2022 306

Bu stadionun adı Atatürk olacaq

"Türkiyənin "Fənərbaxça" klubunun stadionunun adı dəyişdirilir". "Qafqazinfo" xəbər verir ki, bunu klubun prezidenti Ali Koç deyib. Belə ki, Cümhuriyyətin 100 illiyində stadionun adının dəyişdirilməsi ilə bağlı təklif irəli sürülüb. Sonra isə bu qərar qəbul edilib. 1907-c

25.11.2022 374

Pensiya alanların orta yaşı açıqlanıb

"Pensiya yaşı ilə bağlı müəyyən rəqəmlər səslənmişdi. 65 yaşına çatan insanlar arasında 60 % pensiya alan var, 40 % sosial müavinət alır". APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, sığort

25.11.2022 804

Laçın rayonunun yenidən bərpası ölkə iqtisadiyyatına töhfələr verəcək

2020-ci il dekabrın 1-də üçtərəfli Bəyanata əsasən işğaldan azad olunan Laçın rayonunun iqtisadiyyatının əsasını vaxtilə heyvandarlıq, bitkiçilik, arıçılıq və qismən də bağçılıq və bostançılıq təşkil edib. Bu mənada gözlənilir ki, Azərbaycanın ərazi baxımından ən böyük rayonlarından biri olan Laçın ölk

25.11.2022 189

Laçın - Tarixi Qələbənin yekunu

1992-ci il mayın 18-də işğal edilmiş Laçın rayonu Azərbaycanın strateji bölgəsi idi. Laçının və eləcə də Kəlbəcərin işğalı Ermənistanla Qarabağ arasında quru əlaqəsi yaranmışdı. Bu da öz növbəsində Azərbaycanın digər rayonlarının işğalına şərait yaratmışdı. Laçının işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə

25.11.2022 199

Saakaşvili zəhərlənib

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili zəhərlənib. Bununla bağlı aparılan ekspertiza nəticələrindən belə bir qənaət hasil olunub. Bu barədə ekspertizanı aparan "Empathy" ictimai təşkilatının rəhbəri Mariam Cişkariani məlumat verib. Onun sözlərinə görə, tibbi rəy 188 səhifədən ibarətdir

25.11.2022 224

Prezident SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Lənkəran Dövlət Universitetinin əməkdaşlarına "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Lənkəran Dövlət Universitetinin 30 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərin

25.11.2022 461