Arıqlamaq istəyənlərin nəzərinə!

Arıqlamaq istəyənlərin nəzərinə!Artıq çəkidən təbii yolla xilas olmaq istəyən şəxslər iştahanı azaldan məhsullar qəbul etməlidir.

BiG.AZ qafqazinfo-ya istinadən onlardan bir neçəsini təqdim edir:

Yaşıl çay: Sakitləşdirici təsiri ilə yanaşı, yaşıl çay iştahanın qarşısının alınmasında və artıq çəkidən yaxa qurtarmaqda çox faydalıdır. Onun tərkibi kofein və katexin antioksidantları ilə zəngindir. Kofein piylərin əriməsini stimullaşdırır və iştahanı azaldır, katexinlər isə metabolizmi sürətləndirir və orqanizmdə piyin miqdarını aşağı salır.

Avokado: Bu, iştaha azaldan möhtəşəm təbii məhsuldur. Avokado toxluq hissi yaradan liflərlə zəngindir. Bu meyvənin tərkibində bizim beynimizə doyma barədə siqnal göndərən sağlam yağlar mövcuddur.

Alma: Bu, liflərlə zəngin olan daha bir meyvədir. Alma toxluq hissini gücləndirir, qanda şəkərin miqdarını nizamlayır, bizim qeyri-sağlam qəlyanaltılara olan meylimiz nəticəsində yaranan enerji fərqini aradan qaldırır. Bundan başqa, almanı çeynəmək üçün bizə daha çox vaxt lazımdır. Deməli beynin doyma haqqında siqnalı almağa vaxtı çatır.

Su: Sıfır kaloriyə malik olan su aclığın qarşısını almağın öhdəsindən əla gəlir. Tədqiqatlar göstərir ki, əsas qida qəbulu arasında cəmi iki stəkan su içməklə ümumi əldə olunan kalorinin 90-dək azalmasına nail olmaq mümkündür.

Tünd şokolad: Tərkibində azı 70 faiz kakao paxlası olan az porsiyada tünd şokolad iştahanın qarşısını almaqla sözün əsl mənasında möcüzə törədir. Şokoladın acıtəhər dadı orqanizmə aclıq dərəcəsini azaltmaqda yardım edir. Şokoladın tərkibindəki stearin turşusu həzm prosesini ləngidir və toxluq hissinin müddətini uzadır.

Darçın: Bu ədviyyat qanda şəkərin miqdarını tənzimləyir. Bunu dəfələrlə elmi məqalələr sübut edib. Deməli, darçın iştahaya nəzarət edilməsi, qlükoza miqdarının disbalansı zamanı yaranan aclığın qarşısını almaq üçün uyğun ədviyyatdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1220   Tarix: 23 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300