Məşhur müğənnidən Obamanın xanımına məktub (Video)

Məşhur müğənnidən Obamanın xanımına məktub (Video)

Bu qədər təzyiq, stress və mikroskop altında (bütün diqqətlər üzərində) yaşamasına baxmayaraq, təvazökarlığı, sevgisi, səmimiliyi...

Məşhur müğənni Beyons ABŞ-ın birinci ledisinə yazdığı məktubu ictimaiyyət qarşısında oxuyub. “Qafqazinfo”nun məlumatında görə, Beyonsun bu addımı seçki kampaniyası gedişində Barak Obamanı dəstəkləməsi ilə əlaqələndirilib.

Mişel Obamaya aprel ayında yazdığı tərif dolu məktubunu bu gün yayımlanan video klipində oxuyan Beyons birinci ledi haqqında “həqiqətən də çox güclü afrikalı –amerikalı bir qadının son nümunəsidir” kimi ifadələr işlədib.

Beyons belə bir məktub yazmasına da aydınlıq gətirib: “Birinci lediyə məktub yazdım. Çünki istədim bilsin ki, ölkəmiz və dünya qadınları üçün etdiklərindən çox məmnunam... Bu qədər təzyiq, stress və mikroskop altında (bütün diqqətlər üzərində) yaşamasına baxmayaraq, təvazökarlığı, sevgisi, səmimiliyi... milyonlarla insanın belə bir həyatı olsa gözü kənarda olardı, lakin o, ailəsini qoruyub, onlara ən yaxşı şəkildə baxır”.

Qeyd edək ki, Beyoins ilə Mişel Obamanın dostluğu Obamnın 2009-cu ildəki andiçmə mərasimindən başlayır. Beyons o zaman mərasimdən sonra təşkil olunan partidə səhnə almışdı.



mənbə: qafqazinfo.az


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 2426 Tarix: 18.07.2012



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər