Payızda 2 Azərbaycan filminin təqdimatı keçiriləcək

Payızda 2 Azərbaycan filminin təqdimatı keçiriləcək

Bu il Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” studiyasında Tahir Əliyevin rejissorluğu ilə çəkilən “Unudulmuş partizan” və “IX korpus” qısametrajlı sənədli filmləri tamamlanma mərhələsindədir. Rejissor AzərTAc-a bildirib ki, “Unudulmuş partizan” İkinci Dünya müharibəsi illərində keçmiş Yuqoslaviya ərazisində antifaşist hərəkatının iştirakçısı olmuş azərbaycanlı Mirdaməd Seyidov haqqındadır.

“IX korpus” qısametrajlı filmi də keçmiş Yuqoslaviyada alman faşistlərinə qarşı mübarizə aparan korpusun daxilində “Russkaya çetna” adlı azərbaycanlılardan ibarət batalyonun döyüş yolundan bəhs edir. Payızda hər iki filmin təqdimatının keçirilməsi planlaşdırılır.


mənbə: anspress.com

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1729 Tarix: 17.07.2012



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol