Tolga Karel ABŞ-dakı həyat bahalığından şikayətləndi

Tolga Karel ABŞ-dakı həyat bahalığından şikayətləndiİllər öncə Türkiyədən ABŞ-a köçən tanınmış aktyor Tolga Karel ölkədə artan qiymətlər və həyat bahalığından narazılıq edib.

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə o, instaqram hesabında bildirib.

"Amerikada COVID sonrası həyat dəhşətli dərəcədə bahalaşdı. 30 %-dək inflyasiya göstəricilərindən danışılır. Hər şey dəhşətli dərəcədə bahadır. Evlər, avtomobillər... Hər şey", - deyə aktyor gileylənib.

"Hətta "Green Card"ı olan bir çox türk dostum vətəndaşlıq aldıqdan sonra məmləkətə geri dönmək üçün addımlar atır və bu mövzuda onlara haqq verirəm", - deyə aktyor geri dönüş siqnalı verib.

Qeyd edək ki, 2018-ci ildə tır sürücü kimi çalışan Karel daha sonra 6 tır alaraq şəxsi logistika şirkətini qurub. O, həmçinin 320 min dollarlıq mənzilə sahibdir.

Tolga Karel ABŞ-dakı həyat bahalığından şikayətləndiTolga Karel ABŞ-dakı həyat bahalığından şikayətləndiTolga Karel ABŞ-dakı həyat bahalığından şikayətləndi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1693   Tarix: 17 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş