Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandıBakıda avtobusda ölüm hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb.

Ə.Quliyevin ölüm səbəbini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8796   Tarix: 17 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş