"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdıMütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır.

Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?
Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov Yenisabah.az-a açıqlamasında deyib ki, yoluxma sayının artıb-artmamasından asılı olmayaraq iş yerləri fəaliyyətini dayandırmamalıdır:

"Yoluxma istəyir artsın və ya artmasın, insanlar vaksin vurdurmalıdır. Özü də dərslər də keçirilməlidir. Dünya çöküb e... Ölən öləcək, qalan da qalacaq".

R.Mahmudov qapanmaların dünyanı çökdürdüyünü deyib:

"Qapanmanın olub-olmayacağını mən və ya başqa hansısa həkim deyə bilməz. Bununla bağlı qərarı Nazirlər Kabineti verir. Onların da həkimlikdən başları çıxmır. Nə istəsələr edirlər. Bu suallara Səhiyyə Nazirliyin cavab verməlidir.

Dünya belə qərara gəlib ki, vaksinasiya prosesi davam etsin. Vaksin olunanlar xəstəliyi yüngül keçirəcəklər. Ona görə də hər yer işləməli, təyinatından asılı olmayaraq, heç bir müəssisənin fəaliyyəti dayanmamalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5785   Tarix: 17 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Kurslar.az kurslar