Qıza görə mübahisə, "Instagram", ana-bacı söyüşü: Yeniyetmənin qətlə yetirilməsinin təfərrüatı

Qıza görə mübahisə, "Instagram", ana-bacı söyüşü: Yeniyetmənin qətlə yetirilməsinin təfərrüatı2021-ci ilin yanvarın 5-də Şəmkir şəhərinin H.Cavid küçəsində yerləşən Cahangir Rüstəmov adına tam orta məktəbin həyətində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

BiG.AZ Oxu.Az-a istinadən bildirir ki, qətl hadisəsi iki yeniyetmə arasında yaranan münaqişə zəminində baş verib.

Belə ki, əvvəllər münasibəti yaxşı olan Əhliman Tağıyev və Rəvan Hüseynov (ikisi də 2003-cü il təvəllüdlüdür) arasında sonradan (2020-ci ilin yayından) problem yaranıb.

Münaqişənin yaranmasının səbəbi isə Rəvanın Əhlimanın qohumu olan bir qızdan xoşu gəlməsi olub. Rəvan ürəyini qıza açır, amma qız başqa oğlanı sevdiyini bildirir. Sonradan Rəvan qıza nə qədər mesaj yazsa da, qız buna əhəmiyyət vermir və cavablandırmır.

Nəhayət bezən qız qohumu Əhlimana vəziyyət barədə məlumat verir, bu isə Əhlimanın əsəbiləşməsinə və özündən çıxmasına gətirib çıxarır. İki yoldaşın arası dəyir, onlar arasında uçurum getdikcə dərinləşir.

2021-ci ilin yanvarın 1-də Əhliman Rəvan haqqında başqalarına xoşagəlməyən söhbətlər etməyə başlayır.

O, özünün və Rəvanın ortaq tanışı olan "Neska" ləqəbli şəxsə bildirir ki, Rəvanın anası ikinci dəfə ailə həyatı qurub və bunu pis bir davranış kimi qələmə verir.

"Yaxşı oğlanın anası ikinci dəfə ailə qurmaz" deyən Əhliman "Neska"ya "ya mən, ya da Rəvan" şərtini qoyur. "Rəvana salam verən mənə salam verməsin" deyərək öz şərtini açıqlayır.

"Neska" bu söhbətin ikisi arasında qalacağına söz versə də, məsələ barədə Rəvana məlumat verir. Rəvan isə "Instagram"da Əhlimana düz etmədiyini bildirir, aralarındakı mübahisə dərinləşir. Əhliman isə Rəvana ana-bacı söyüşü söyür.

Sonradan onların ortaq tanışı Məmməd ikisi arasında mübahisələrə son qoymağın, mehribançılıq olmasının vacibliyini bildirir.

Lakin bu da közün üstünə su tökmür, əksinə, köz daha da alovlanır. Əhliman Rəvanla bütün ipləri qırır, telefonda danışarkən ikinci dəfə onun ailəsinin ünvanına təhqiramiz ifadələr işlədir.

Onlar söhbəti birdəfəlik həll etmək qərarına gəlirlər, bunun üçün görüş təyin edirlər. Görüş zamanı da Əhliman onu söyür, üzərinə yeriyir, Rəvan isə səbr kasasının daşdığını görüb əlini özü ilə gəzdirdiyi bıçağa atır, ilkin məqsədi isə heç də Əhlimanı öldürmək deyilmiş, sadəcə onu qorxutmaq üçün bu hərəkəti edir.

Əhliman isə bıçağı gördükdə istiqamətini dəyişir və qaçmağa başlayır. Qaçarkən ayağı büdrəyib yıxılır, ona çatan Rəvan xəbərdarlıq edir ki, söyüş söyməsin. Lakin Əhliman əlinə keçən daşları Rəvana atır, Rəvan əlindəki bıçaqla onun döş qəfəsinə və bud nahiyəsinə zərbə endirir.

Rəvan isə vəziyyətdən qorxur, hətta söhbətə gələn digər tanışları ilə birgə yola çıxıb Əhlimanın xəstəxanaya çatdırılması üçün maşın saxlatdırır.

Əhlimanı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmur.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rəvan Hüseynov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1076   Tarix: 17 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459