Xəzərdə dalğanın hündürlüyü 3,2 metrə çatıb - Faktiki hava

Xəzərdə dalğanın hündürlüyü 3,2 metrə çatıb - Faktiki havaSentyabrın 17-si saat 10:00-a olan məlumatına əsasən bəzi rayonlarda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir güclənib.

Bu barədə BiG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Küləyin maksimal sürəti: Altıağacda 23 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 28 m/s, Qum adasında 25 m/s, Pirallahı, Maştağada 23 m/s, Neft Daşlarında 20 m/s, Çilov adasında 19 m/s, Binədə 18 m/s, Sumqayıtda 17 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,2 metrə çatıb.

Hava şəraiti yağmursuz keçib, lakin gündüz saatlarından bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

18-i gündüz yağıntının tədricən kəsiləcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 229   Tarix: 17 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti