Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıbGəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

BiG.AZ "Report"a istinadən xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb.

Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Ona həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 846   Tarix: 17 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti