Bayram Səfərov: "Özbaşına deyiləm ki, Şuşada ev tikdirim"
"Şuşada gedən bərpa və yenidənqurma işlərindən xəbərim var. Şuşaya gedəndə orada aparılan işlərlə yaxından tanış oldum, bərpa işləri sürətlə davam etdirilir".
Bu sözləri Şuşanın icra başçısı Bayram Səfərov deyib. O xatırladıb ki, müharibədən sonra Şuşada yerləşən ata evini tapıb:
"Gedib evimizi ziyarət etdim, baxdım. Dağılıb... Bərpa etməyi arzulayıram. Göstəriş necə verilərsə, ona uyğun bərpa edəcəyəm. Bilirsiniz ki, Şuşanın planı hazırlanıb, özbaşına deyilik ki, istədiyimiz kimi haranı isə qurub düzəldək, nə isə tikək. Ali Baş Komandanımız Şuşanın bərpasına çox önəm verir, müvafiq tapşırıqlarını verib, o qədər zəhmət çəkilib. El necə, mən də elə... Məsləhət nə olsa, ona uyğun işimizi görəcəyik.
Şuşaya gedəndə ən təsirləndiyim elə torpağımı yenidən görməyim oldu. Ən gözəl iş Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi idi. Dağıntılar var. Nə edək?! Hamısı erməni vandalizminin sübutudur. Əsas odur ki, torpaqlarımızı geri qaytardıq, özümüz də bərpa edəcəyik".
İcra başçısının sözlərinə görə, artıq şuşalılar doğma yurdlarına qayıtmaq istəyirlər:
"Amma onların istəyi ilə deyil ki... Orada yaşamağa şərait olmalıdır, uşaqların məktəbdə oxumağı üçün təhsil müəssisələri qurulmalıdır, tibb xidməti təmin edilməlidir, bütün vacib işlər görülməlidir. Ölkə rəhbəri nə zaman qərar qəbul edərsə, əhalinin Şuşada yeni tikilən evlərdə məskunlaşması üçün şərait olacaqsa, onda şuşalılar ora köçəcəklər".
Şuşa şəhərinin açıq muzey olduğunu vurğulayan Bayram Səfərov bərpa-quruculuq işləri ilə bağlı təkliflərini də səsləndirib:
"Mən istərdim ki, görkəmli şəxsiyyətlərimizin oradakı ev muzeyləri, digər mədəniyyət nümunələri elə bərpa edilsin ki, tarix və müasirlik qovuşsun. Bütün Şuşaya gələn qonaqlar şəhərin qədim tarixini görə bilsinlər və bu günü ilə müqayisə etsinlər.
Sentyabrın 18-i Şuşada Musiqi Günü ilə bağlı yüksək tədbirlər keçiriləcək. Yəqin ki, artıq xarici qonaqlar üçün tanıtım lövhələri qurulub, şəhərimizin ermənilərdən qalan çirkabı təmizlənib, dağıntılar yığılıb. Xarici qonaqların daha gözəl Şuşa ilə qarşılaşacağına inanıram. Dəvət olunsam, mən də festivala qatılacağam"./ Modern.az
BiG.Az
Telegramda izləyin
instagramda izləyin
Xəbərlər Baxılıb: 709 Tarix: 15 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Onu döyəndən sonra 800 manatı cırıb atdım" - Alim Qasımovun kürəkəni
Xalq artisti Alim Qasımovun həbs edilən kürəkəni Elnur Mövlamovun soyğunçuluq əməlləri ilə bağlı bir sıra detallar məlum olub. "Qafqazinfo"nun məlumatına görə, ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum edilən E.Mövlamovun cinayət əməlindən zərərçəkmişlərdən bir
15.09.2021 16699 Şuşaya elektrik xətti ilə internet də veriləcək
Şuşa şəhəri və Suqovuşan qəsəbəsinin elektrik təchizatının təmin edilməsində ilk dəfə müasir tipli mühafizəli və izolyasiyalı kabel xətti, paylayıcı şəbəkə modeli tətbiq olunub. Bunu "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Prezident İlham Əliyevə paytaxtın Xəzər rayonunda yeni tikilən 110/35/1
15.09.2021 320 Mehriban Əliyevadan Bilik Günü ilə bağlı paylaşım - FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü ilə bağlı paylaşım edib. Mehriban Əliyeva fikirlərini "Instagram" hesabında fikirlərini bölüşüb. "Əziz məktəblilər və tələbələr!. Sizi Bilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Qoy yeni tədris ili parlaq, yaddaqalan, səmərəl
15.09.2021 523 Yaqub Zurufçu dəfn olundu
Əməkdar artist Yaqub Zurufçu dəfn olunub. Axşam.az-a istinadən xəbər verir ki, mərhum müğənni "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb. Yaqub Zurufçu ilə vida mərasiminə yaxınları qatılıblar. Qeyd edək ki, müğənni koronovirus infeksiyasına yoluxmuşdu. O, yerləşdirildiyi xəstəxanad
15.09.2021 2334 Xoşqədəmin vəkilindən məhkəmə qərarı ilə bağlı iddiaya CAVAB
Əməkdar jurnalist, aparıcı Xoşqədəm Hidayətqızı ilə şairə Nazilə Səfərli arasında gedən məhkəmə prosesi başa çatsa da, mübahisə bitmir. N.Səfərli onun adından yayımlanan üzr məktubunun gerçək olmadığını açıqlayıb. Axşam.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Xoşqədəm Hidayətqızının vəkili Rami
15.09.2021 1476 Bu ölkə "Pfizer"in şüşəsində yad maddələr tapdı
Yaponiyada "Pfizer" istehsalı olan COVİD-19 peyvəndi şüşələrində xarici maddə aşkar edilib. BİG.AZ xəbər verir ki, Yaponiyada "Moderna" peyvəndlərinin istifadəsi dayandırılandan sonra "Pfizer" peyvəndinin tərkibi də həkimlər tərəfindən araşdırılıb. Araşdırmalar nəticəsind
15.09.2021 783 Hazırki dalğa sönməyə doğru gedir, lakin... - Baş infeksionistdən AÇIQLAMA
Azərbaycanda koronavirusun hazırki dalğası sönməyə doğru gedir, lakin vəziyyət dəyişə bilər. BİG.AZ xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. T.Eyvazov bildirib ki, koronavirus dalğasının sönməsini yoluxma sayınını azlaması, xəstəlikdən sağalanaların sayını
15.09.2021 1069 Rusiyada koronavirusun dördüncü dalğası ilə bağlı XƏBƏRDARLIQ
Rusiyada koronavirusun dördüncü dalğası sentyabrın sonunda başlaya bilər. Bu sözləri rusiyalı immunoloq, fəlsəfə doktoru Nikolay Kryuçkov deyib. Onun sözlərinə görə, sentyabr ayının sonunda yoluxma sayında nəzərəçarpacaq dərəcədə artım baş verə bilər. "Təəssüf ki, bütün göstəricilərə görə artı
15.09.2021 627 Sabah 35 dərəcə isti olacaq
Sentyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündüz 27-29 isti olacaq. Bakıda 20-2
15.09.2021 583