Yol polisindən mikroavtobus sürücülərinə XƏBƏRDARLIQ

Yol polisindən mikroavtobus sürücülərinə XƏBƏRDARLIQAzərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə ərazisində hazırki sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, tətbiq edilən xüsusi karantin rejiminin müddəti uzadılıb, həmçinin həftə sonları ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, mövcud vəziyyətdən sui-istifadə edən bəzi şəxslər həftə sonları avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarını pozaraq qanunsuz fəaliyyət göstərməklə yanaşı, koronavirus (COVID-19) infeksiyasının yayılmasına da münbit şərait yaradırlar.

Belə ki, həftə içi bir gün ərzində, əsasən "Mercedes-Benz Vito" və "Mercedes-Benz Viano" markalı və digər mikroavtobus tipli nəqliyyat vasitələri ilə təkcə paytaxta yaxın yaşayış məntəqələrindən 1 500-dən çox belə daşıma həyata keçirilib. Həftə sonları ictimai nəqliyyatın fəaliyyəti dayandırıldığı üçün bu kimi nəqliyyat vasitələrindən istifadə edənlərin sayı da xeyli artır, bəzi sürücülər isə görülən tədbirlərin mahiyyətinə varmadan bunu fürsət kimi dəyərləndirirlər.

Sürücülərin daha çox qazanc əldə etmək məqsədilə uzaq məsafəli yolu gün ərzində istirahət etmədən, yorğun halda bir neçə dəfə gedib gəlməsi ağır yol qəzalarının baş vermə riskini artırır, eyni zamanda sərnişinlər arasında sanitariya-gigiyena tədbirlərinin kobud şəkildə pozulması ölkəmizdə xəstəliyə yoluxmaların azaldılması üçün görülən tədbirlərə kölgə salır.

Odur ki, qanunsuz daşımalarda iştirak edən sərnişinlər belə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacağını nəzərə alıb qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən şəxslərin təklif etdikləri xidmətlərdən istifadə etməməli, yollarda çətinliklərlə üzləşməmək üçün zəruri işlərini həftə sonlarına saxlamamalı, bütün tədbirlərin məhz əhalinin sağlamlığına hesablandığını düşünüb qaydalara hörmətlə yanaşmalıdırlar.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sözügedən qanunsuz sərnişindaşıma hallarına qarşı, habelə taksilərdə tələb olunan qaydalara əməl edilməsi ilə bağlı kəsərli tədbirlər görüləcəyini, xüsusi karantin rejimi qaydalarını pozan şəxslər barəsində inzibati məsuliyyət tədbirlərinin tətbiq ediləcəyini bildirir, bununla yanaşı əlaqədar şəxslərin xəbərdarlığa anlayışla yanaşaraq epidemioloji vəziyyətin müsbətə doğru irəliləməsinə töhvə verəcəklərinə inanır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 461   Tarix: 15 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

20:30 0
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

17:50 260
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

22:45 0
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

17:48 168
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

20:34 0
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 710
.

Rusiyada təyyarə qəzaya düşdü - VİDEO

"Tu-22M3" strateji təyyarəsi cümə günü səhər Rusiyanın Stavropol vilayətinin cənubunda qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi Rusiya müdafiə nazirliyinə istinadən məlumat yayıb. "Stavropol vilayətində döyüş tapşırığını başa vurduqda

16:00 128
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

17:49 208
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

17:49 106