Yaqub Zurufçunun vəfatı ilə bağlı nekroloq
Mədəniyyət Nazirliyi Əməkdar artisti Yaqub Zurufçunun vəfatı ilə əlaqədar nekroloq yayıb.
BiG.AZ xəbər verir ki, nekroloqda deyilir:
"Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu 65 yaşında dünyasını dəyişib.
Yaqub Zurufçu, 1956-cı il aprelin 8-də Təbriz şəhərində dünyaya göz açıb. 11 yaşında xalq mahnıları və bəstəkar mahnıları ilə tez bir zamanda tanış olan Yaqub Zurufçu,15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri Var Xana-Xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnılarını məharətlə ifa edib. Müğənni bu istedadını və oxumaq istəyini atasının uzun müddət Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevdası ilə əlaqələndirirdi.
Yaqub Zurufçu 19 yaşında Tehran Universitetinin İqtisad fakültəsində təhsilinə başlamış, eyni zamanda Tehran operasının xorunda musiqi fəaliyyətini davam etdirib. 1980-ci ildə Almaniyaya köçən müğənni musiqi təhsilini Hamburq şəhərində vokal sənəti üzrə davam etdirib, daha sonra Amerikanın Florida ştatında Miami şəhərinin Miami Universitetində vokal sənəti üzrə master diplomunu alıb.
Bütün həyatı boyu qəlbində Azərbaycan musiqi sevdası ilə yaşayan Yaqub Zurufçunun dillər əzbəri olan "Ayrılıq" mahnısının hər bir vətəndaşımızın qəlbində xüsusi yeri var. O, 17 sentyabr 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" fəxri adına layiq görülüb.
Bir neçə gün öncə koronavirusa yoluxan sənətçi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Allah rəhmət eləsin!"
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 1781 Tarix: 14 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT
"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i
25.04.2024 172 Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib
Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca
25.04.2024 221 DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə
25.04.2024 325 "Nişanlım dünyasını dəyişib" - Video
"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki
25.04.2024 860 Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video
Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı
25.04.2024 366 İnfarkt riskini sıfıra endirən şirə
Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri
25.04.2024 179 Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab
"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları
25.04.2024 694 Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb
Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub
25.04.2024 173 Nəsib Quliyev dəfn edildi
Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib
25.04.2024 770