Bunları QAB ŞAMPUNU ilə YUMAYIN

Bunları QAB ŞAMPUNU ilə YUMAYINİnsanların bir çoxu çirkli hər şeyi qab şampunu ilə yumağa üstünlük verir. Lakin elə əşyalar var ki, onları qab şampunu ilə yuduqda təmiz olsa da, keyfiyyətinə zərər dəyir.

BiG.AZ Lent.az-a istinadən qab şampunu ilə yuyulması məsləhət görülməyən əşyaları və məhsulları təqdim edir:

Avtomobil

Bəzi insanlar maşın yuyarkən qab şampunundan istifadə edir. Bu tamamilə yanlış addımdır. Tərkibindəki sərt kimyəvi maddə avtomobilin boyasına zərər verir, həm də üzərindəki qoruyucu boyanı da silə bilər.

Pəncərə və güzgü

Xanımlar çox vaxt pəncərə və güzgüləri qab şampunu ilə təmizləyir. Təmizlədikdən sonra iz qalır və bu izlər çətinliklə çıxır. Mükəmməl parlaq pəncərə və güzgülər istəyirsinizsə, yalnız klassik şüşə təmizləyicisini seçmək məsləhət görülür.

Parket və döşəmə

Qab şampunu parket döşəmələrə ciddi ziyan vurur. Bu maddə ilə təmizlənən döşəmə və parket cızılır və tez çirklənir. Daha parlaq taxta döşəmələrə sahib olmaq istəyirsinizsə, hansısa çirki təmizləyin. Sonra nəm dəsmalla bütün səthləri silin.

Dəri

Dəri çox həssasdır və qab şampununun tərkibindəki kimyəvi maddə onun məhvinə səbəb ola bilər. Dəri məhsullarından olan geyimlərinizdə hanısa çirki təmizləmək üçün nəmləndirici kremdən istifadə edin.

Qab şampunu ilə yalnız dəri ayaqqabıları təmizləyə bilərsiniz.

Meyvə, tərəvəz

Pandemiya zamanı koronavirusdan qorunmaq üçün bir çoxları meyvə və tərəvəzləri qab şampunu ilə yuyurdu. Meyvə və tərəvəzlərdəki məsamələr sabunla dola bilər. Bu şəkildə qəbul edilən qidalar mədə-bağırsaq problemi və ya ürək bulanmasına səbəb ola bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2037   Tarix: 14 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Ustalar.az ustalar sayti