Şadlıq saraylarında sifarişlər azalıb - Qiymətlər dəyişəcək?

Şadlıq saraylarında sifarişlər azalıb - Qiymətlər dəyişəcək?Azərbaycanda Məhərrəm ayı başlayandan sonra şadlıq saraylarında sifarişlər xeyli azalıb.

BiG.AZ xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat daxil olub.

Qeyd edilib ki, avqustun 10-da Məhərrəm ayı başlayır, daha sonra Səfər ayı gəlir və bunlar ümumilikdə təqribən 2 ay ərzində davam edir.

Bu müddət ərzində şadlıq saraylarında sifarişlər kəskin azalır. Sentyabr ayı üçün sifarişlərin sayı xeyli azalıb. Lakin növbəti aydan şadlıq saraylarında sifarişlər çoxalacaq. Məlumdur ki, bir çox insanlar toy mərasimlərini bu iki ayın bitməsindən sonrakı dövrə planlaşdırır. Bu baxımdan oktyabrın 2-ci ongünlüyündən etibarən şadlıq saraylarında sıxlıq olacağı düşünülür.

Şadlıq saraylarında qiymətlərə gəlincə isə Mərkəzdən bildirilib ki, pandemiyadan sonra bu məkanlarda qiymət artımı baş verib və məhərrəmlikdə sifarişlərin azalması qiymətlərin ucuzlaşmasına səbəb olmayıb.

Qeyd edək ki, şadlıq saraylarının fəaliyyətinə bu ilin iyul ayından etibarən icazə verildikdən sonra pandemiyadan əvvəlki dövrlə müqayisədə qiymətlər 18-20 faiz bahalaşıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 703   Tarix: 14 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş