Valideynlər bu halda övladlarını məktəbə göndərməyə bilər

Valideynlər bu halda övladlarını məktəbə göndərməyə bilərTəhsil Nazirliyi övladını məktəbə göndərmək istəməyən valideynlərin bu tədris ilində iltizam ərizəsi yazıb-yazmayacağı məsələsini aydınlaşdırıb.

BiG.AZ xəbər verir ki, Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki, övladını məktəbə göndərmək istəməyən valideynlər iki halda iltizam ərizəsi yazacaqlar:

"Birinci hal yoluxma sayının yüksək olduğu zonaya görə olacaq. Həmin zonada yaşayan valideynlər ərizə yazaraq övladını məktəbə göndərməyə bilər. İkinci hal isə evlərində koronavirus xəstəsi olan, yaxud hər hansı respirator virus infeksiyası olan valideynlər övladını məktəbə göndərməməsi ilə bağlıdır. Valideynlər xəstəlik barədə məktəb rəhbərliyinə məlumat verməlidir. Bu barədə daha dəqiq məlumat verəcəyik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1303   Tarix: 14 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Ustalar.az ustalar sayti