Səlim Müslümov barədə qərar qəbul edildi
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə həbs qətimkan tədbirinin müddəti uzadılıb.
BiG.AZ "report"a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb və həbs müddəti daha 3 ay artırılıb.
Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar DTX-də araşdırılıb.
Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə Səlim Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin Səlim Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.
Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
BiG.Az
Telegramda izləyin
instagramda izləyin
Xəbərlər Baxılıb: 1247 Tarix: 14 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşSonxeber.az Medianın İnkişafı Agentliyinin təşkil etdiyi müsabiqədə növbəti dəfə QALİB OLDU
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilə
19.01.2022 990 Bakı şəhərində ən ucuz Yük Daşıma Xidməti
"Yükdaşıma Xidməti " Bakı şəhərində və həmçinin respublika ərazisində kiçik və iri miqyaslı yük daşımalarını həyata keçirir. Həftənin 7 günü 24 saat bütün ölkə ərazisində yük daşımaları həyata keçirir. Əşyalar böyük bir diqqətlə və ən yüksək səviyyədə daşınır. Daşınan malların təhlukəsizliyin
15.12.2021 445 Azərbaycanda övladlarını təhsildən yayındıran valideynlər həbs edilə bilər? - AÇIQLAMA
İstiqamət: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması. Yetkinlik yaşına çatmayan qızların ailələri tərəfindən məcburi evləndirilməsi bütün zamanlar üçün aktual olub. Gündən-günə qloballaşan dünyamızda əfsus ki, 15 yaşında yeniyetməni ailə həyatı qurmağa təhrik edən valideynlər var. Təzadl
18.10.2021 709 Sevgilisindən 11 yaş böyük olması müzakirələrə səbəb oldu
Türkiyəli aktrisa İrem Sakın basketbolçu sevgilisi Furkan Korkmazın özündən 11 yaş kiçik olması sosial şəbəkədə müzakirələrə səbəb olub. Axşam.az-a istinadən xəbər verir ki, bəzi izləyicilər yaş fərqinin önəmli olmadığını bildirsələr də, digərləri bununla razılaşmayıblar. Şərh bildirənlər arasında müğənn
14.09.2021 2821 Bütün dünyanın axtardığı üç azərbaycanlı qadın - FOTO
Cinayət dedikdə adətən kişilər yada düşür. Lakin kriminal hadisələrlə bağlı adları hallanan qadınlar da var. Azərbaycan isə cinayət əməllərinə görə axtardığı üç qadını İnterpolla beynəlxalq axtarışa verib. Qırmızı bülletenlə bütün dünyada axtarılan 3 azərbaycanlı qadın hələ də tapılmır. Onlar barəsind
14.09.2021 2608 Pensiyalar bu tarixdə KÖÇÜRÜLƏCƏK
Respublika üzrə pensiyaların sentyabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilir ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək
14.09.2021 1903 Bakıda ana fiziki məhdudiyyətli uşağını niyə maşında qoyaraq gedib? - Səbəb açıqlandı - VİDEO
Bakıda ana azyaşlı övladını maşında tək qoyaraq parka gedib. Köməksiz vəziyyətdə qalmış fiziki məhdudiyyətli oğlan uşağını polis əməkdaşları xilas edib. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Xətai rayonunda yeni salınmış Gənclik parkının girişində qeydə alınıb. Avtomobillərin park olunduğ
14.09.2021 1465 Tanınmış jurnalistin vəzifəsi artırıldı
Diasporla İş üzrə Dövlət Komitəsində struktur və kadr dəyişikliyi olub. "Report"a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Fuad Muradov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinim müdir
14.09.2021 895 Azərbaycanda ata yoxa çıxan 30 yaşlı qızını axtarır - FOTO
İmişli rayonu Məzrəli kənd sakini 27.07.1991-ci il təvəllüdlü Südabə Rövşən qızı Məmmədova itkin düşüb. xəbər verir ki, bu barədə Südabənin atası Rövşən Məmmədov -ə bildirib. Onun sözlərinə görə, qızı sentyabrın 9-da təxminən saat 06:00-07:00 radələrində naməlum istiqamətə evdən çıxıb, geri dönməyib
14.09.2021 1595