Artıq avtovağzalda da peyvənd vurdura bilərsiz

Artıq avtovağzalda da peyvənd vurdura bilərsizBakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişinlər üçün koronavirusa qarşı vaksinasiya məntəqəsi təşkil edilib.

BiG.AZ xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova feysbuk hesabında məlumat verib. Onun sözlərinə görə, vaksinasiya xidmətindən sərnişinlər faydalana bilərlər:

"Sərnişin regionda birinci doza vaksin olunubsa və ikinci dozanın vaxtı çatıbsa, Bakıya daxil olan kimi bu məntəqədə ikinci doza peyvənd oluna bilər. Məntəqədə vaksin preparatlarını saxlamaq üçün xüsusi soyuducu var, hər şey yüksək səviyyədə təşkil olunub".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 319   Tarix: 13 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Kurslar.az kurslar