Bakı Zooparkından həyəcanlı xəbərlər: "İşçilər qovulur, heyvanlar ac saxlanılır" - VİDEO

Bakı Zooparkından həyəcanlı xəbərlər: "İşçilər qovulur, heyvanlar ac saxlanılır" - VİDEOBakı Zooloji Parkında çalışan peşəkar mütəxəssislərin işdən çıxarıldığı iddia edilir.

Bu barədə sosial şəbəkədə paylaşım edilib. Paylaşımda qeyd edilib ki, işçilərin azad edilməsi ilə bağlı qərarı Bakı Zoologiya Parkına yeni təyin edilən icraçı direktor Nəzakət İsayeva verib. Azad edilən işçilərin yerinə isə heyvanların baxımı ilə bağlı məlumatsız olan yaxın qohumlarını işə götürür.

İddialar arasında Bakı Zooloji Parkında saxlanılan heyvanlarının vəziyyətinin yaxşı olmadığı da yer alır. Bildirilib ki, iki ay yarımdır ki, zoopark heyvanlar üçün cəhənnəmə çevrilib:

"Xəstə və sağlam heyvanlar eyni yerdə saxlanılır. Zooparkda baytar yoxdur, heyvanların sağlamlığına nəzarət edən yoxdur. Yeməkləri isə az-az və gündə bir dəfə verilir. Heç su da verilmir. Heyvanların qaldığı yerlər çox pinti şəraitdə saxlanılır, vaxtlı-vaxtında təmizlənmir. Videolara baxın, görün çörəyi necə yeyirlər, hansı şəraitdə sağ qalmağa çalışırlar.

Belə davam edərsə, heyvanlar öləcək. Ayının pəncələrində problem olduğundan yeriyə bilmir, pələngin gözləri görmür və s. Onları xilas etməsələr, məhv olacaqlar".

İlkin məlumatlara görə, təmir-bərpa işlərindən sonra artıq 2 aydır ki, heyvanlar Qaradağdan "Gənclik" metrostansiyası yaxınlığında yerləşən zooparka geri köçürülüb.

Lakin işçilər iddia edir ki, N. İsayeva əsassız olaraq, 6 nəfəri işdən azad edib. İşdən azad edilən əməkdaşlardan biri Lada Məmmədova bildirib ki, heyvanlar acından ölürlər:

"Biz oradakı quşların və ayıların vəziyyətindən narahatıq. Heyvanlar günlərlə ac saxlanılır. Elə quşlar var ki, yalnız buğda yeyirlər, ancaq onlara arpa verirlər, yemədikləri digər "qidalar" verilir. Heyvanlara tərəvəzlər verilməlidir, lakin alınmır. Azər Hüseynovun rəhbərliyi altında heyvanların xüsusi qida rasionu var idi, saxlanma yerləri təmiz olurdu. Hazırda bildiyimiz qədər, o, məzuniyyətdədir. O, bu prosesləri çox yaxşı idarə edirdi. İki aya yaxındır direktor vəzifəsinə Nəzakət İsayeva gətirilib. Mən və digər 5-6 əməkdaşı da işdən azad edib. Onlar arasında quşlara, meymunlara, ayılara baxan çox peşəkar əməkdaşlarımız var idi. Şəxsən mən 6 ildir orada çalışırdım və sahəmi çox gözəl bilirdim. Mənim yerimə isə xadiməni təyin ediblər".

İşdən azad edilən əməkdaşlar bununla bağlı sosial şəbəkədə də paylaşım ediblər. Onlar qeyd ediblər ki, heyvanlara normal qida vermədikləri üçün əməkdaşlar özləri qida alırdılar:

"Kimin gücü nəyə çatırdısa, kələm, kök, çörək, alma, qarpız, müxtəlif meyvələr alıb gətirirdi. Daha sonra buna da qadağa qoydular. Bütün işçilər öz heyvanlarını sevirdi və onlara ürəkdən qulluq edirdilər. Zoopark özü heyvanlar üçün zəruri olan qida rasionunu qaydasında vermirdi. Təsəvvür edin ki, o boyda ayıya vedrənin yarısında makaron və balıq verirdilər. Heyvan bununla doymur. Yemək üstündə nə qədər dava edirdik, bir Allah bilir. İndi də kim onlarla mübahisə edirsə, işdən çıxarılır".

Bütün bu iddialarla bağlı Bakı Zooloji Parkında direktor vəzifəsini icra etdiyi deyilən Nəzakət İsayeva ilə əlaqə saxlayıb, haqqında səsləndirilən iddialara münasibət öyrənməyə çalışdıq.

N.İsayeva Oxu.Az-ın müxbirinin suallarına cavab olaraq bildirib ki, orada vəziyyət çox yaxşıdır:

"Kim nə yazıb, bilmirəm, məlumatsızam. Hər şey qaydasındadır. Kiminsə yazdıqları barədə sizə nəsə demək səlahiyyətim yoxdur".

Təəssüf ki, suallarımıza cavab verməkdən imtina edən N.İsayeva dəstəyi asıb.

Bakı Zooloji Parkında isə əslində nə baş verdiyi, işçilərin azad olunmasının səbəbləri və heyvanların aqibəti sual altındadır…


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1999   Tarix: 13 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245