Kərim külli miqdarda borca düşdü: "Ən lazımsız sənət bizim sənət imiş"

Kərim külli miqdarda borca düşdü: "Ən lazımsız sənət bizim sənət imiş""Pandemiyada başa düşdüm ki, ən lazımsız sənət bizim sənət imiş. Hər yer ən az 2, 3, 5 ay işlədi. Bir sənət dünyası çökdü".

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Ziq-zaq" proqramında deyib. O bildirib ki, biznes qurmaq istəyir:

"Biznes qurmağı düşünürəm, amma Azərbaycanda yox. Tam sənətdən kənar bir işdir. Rusiyaya gedəndə dostum mənə məsləhət verdi ki, ağlını işlət, sənin müğənnilikdən başqa gəlirin olmalıdır. Rusiyada quracam biznesi.

İndi başım qarışıb borc qaytarmağa. Çoxlu borc yığmışdım. Düşünürdüm ki, altından necə çıxacam? Sıfırlar çox idi. İndi çox azalıb. İşlədim və borc qaytardım. Anamı, atamı itirdim, depressiyaya düşdüm. Kreditlərim, borclarım... yük idi, altından sən çıxmalısan. Nəsildə bir işləyən var, sən etməlisən. Bir yolum var idi, ya gedib orada çalışmalı idim, ya batıb gedəcəkdim. Marketə girəndə heç vaxt qiymətə baxmırdım. Pandemiyada hər şeyin qiymətinə baxmağa məcbur olmuşdum. O vəziyyətə düşmüşdüm.

Rusiyada mənim kimi sənətçi çox idi. Ora gedəndə başa düşdüm ki, sənətkaram, A klassam deməklə deyil. Onların sənətkarlığının sıfır dərəcədə olduğunu gördüm. Orada iki həftə qalan Əməkdar, Xalq artistləri gördüm. Heç yerə dəvət ala bilmirdilər".

Övladı Yusifdən danışan Kərim "Ata-bala münasibətində dünyanın ən xoşbəxt atasıyam. Balam üçün anasından, babasından, nənəsindən üstün mənəm. Əgər məni anasından az istəsəydi ürəyim partlayardı. Birinci ata, sonra ana. İkinci uşaq həm istəyirəm, həm yox. Ailədə 3 uşaq olmuşuq, hər şey bizim aramızda bölünüb. Mən isə bölmək istəmirəm. Hər şeyim Yusifin olsun, onu oxudum, böyüdüm" sözlərini əlavə edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2739   Tarix: 13 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949