Ölən qızını onun canlandırmasını istəyir

Ölən qızını onun canlandırmasını istəyirAktrisa Zerrin Arbaş həyatı ilə bağlı film çəkilərsə, gənc yaşında infarkt keçirərək həyatını itirən qızını müğənni Nil Karaibrahimgilin canlandırmasını istədiyi açıqlayıb.

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, o, Nili ölən qızı Derya Arbaşa bənzətdiyini deyib:

"Əlbəttə həyatımın əks olunduğu bir filmin çəkilməsini istəyirəm. Bütün yeni nəsil aktyorlara heyranam. Məni canlandıracaq möhtəşəm insanlar var. Amma Derya daha önəmlidir. Nil Karaibrahimgili sevirəm, necə də Deryaya bənzəyir, elə deyilmi?

Kaş ki, canlandırsa. Gülüşü, baxışı çox bənzəyir. Özge Özpirinçci də onun kimi. Qızımın ruhunu daşıya biləcəklərmiş kimi hiss edirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1890   Tarix: 13 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş