Məşhur aparıcı DÜNYASINI DƏYİŞDİ - FOTO

Məşhur aparıcı DÜNYASINI DƏYİŞDİ - FOTOTanınmış jurnalist və teleaparıcı Anastasiya Anisimova 43 yaşında Yekaterinburqda vəfat edib.
"Uzun sürən xəstəlikdən sonra həmkarımız, tanınmış jurnalist və teleaparıcı Anastasiya Anisimova dünyasını dəyişdi".

Bu barədə Sverdlovsk vilayəti Hökumətinin İnformasiya Siyasəti Departamentinin açıqlamasında deyilir.

Bölgə sakinlərinin bir çoxu Anastasiyanı Regional Televiziyanın siması kimi tanıyıb.

Mərhum aparıcı "Nazirlər Kabineti", "Hüquq Bölgəsi", "Dördüncü Hakimiyyət" və digər proqramlara aparıcılıq edib.

"Nastya əsl yüksək səviyyəli peşəkar idi. İstedadı, həyat və iş sevgisi ilə özünəməxsus biliklərə və iti zəkaya sahib idi",- deyə bildirilib.(ölkə.az)

Məşhur aparıcı DÜNYASINI DƏYİŞDİ - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2830   Tarix: 12 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş