Qaxda gənc oğlanı ilan sancdı

Qaxda gənc oğlanı ilan sancdıQaxda 21 yaşlı gənci ilan sancıb.

BiG.AZ xəbər verir ki, bu gün səhər saatlarında rayonun Almalı kənd sakini, 21 yaşlı Ziyal Elbrus oğlu Əliyev ilan sancması xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı Z.Əliyevi səhər saatlarında təsərrufatda ot biçən zaman ilan sancdığı məlum olub.

Z. Əliyevin müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, ona lazimi tibbi yardım göstərilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir./Unikal.org


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1461   Tarix: 04 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş