Toya gedən hansı müğənnilər vaksin vurdurub? - ARAŞDIRMA

Toya gedən hansı müğənnilər vaksin vurdurub? - ARAŞDIRMAUzun müddətdən sonra Azərbaycanda toy və şənlik mərasimlərinin keçirilməsinə icazə verildi. Pandemiya şəraiti olduğundan belə mərasimlər müəyyən qaydalar çərçivəsində keçirilir. Bu qaydalardan ən vacibi toy şənliklərində iştirak edən hər bir kəsin peyvənd olunmasıdır.

Əlbəttə, şənlik, toy dedikdə ilk ağıla gələn müğənnilər olur.

Maraqlıdır, toyların ilk qonağı sayılan müğənnilər peyvənd olunublarmı? Yaxud onlar hansı vaksindən istifadə ediblər?

BiG.AZ xəbər verir ki, Modern.az-ın əməkdaşı bu suala cavab tapmaq üçün tanınmış sənət adamlar arasında sorğu keçirib.

Müğənni Manaf Ağayev vaksin vurdurduğunu, amma hansı peyvənddən istifadə etdiyini unutduğunu deyir:

"Əlbəttə, vaksin olunmuşam. Həm də ilk peyvənd olunanlardanam. Amma üzərindən uzun müddət keçdiyi üçün hansı vaksin olduğunu unutmuşam".

Nazənin Salayeva sualımızı cavablandırmaq yayınaraq, bu barədə danışmaq istəməyib.

Mətanət Əsədova isə "Mənə sənətimlə bağlı sual verin", deməklə kifayətlənib.

Həmkarlarından fərqli olaraq, müğənni Xatirə İslam vaksinasiyadan keçənlər sırasındadır: "Vaksin olunmuşam, amma hansı vaksin bilmirəm".

Vasif Məhərrəmli Pfizer vaksinindən istifadə etdiyini bildirib: "Bəli, vaksin olunmuşam. Almaniya və Amerikanın birgə istehsalı olan Pfizer vaksinindən istifadə etmişəm".

Xalq artisti Gülyanaq Məmmədova isə "SinoVac" peyvəndinə üstünlük verdiyini vurğulayıb: "Vaksinin birinci dozasını vurdurmuşam. İkinci dozasının vaxtına az qalıb. Sinovac vaksinindən istifadə etmişəm".

Xanəndə Gülyaz Məmmədova hələ avqustda peyvənd olunmağı planlaşdırır: "Mənim alergiyam olduğu üçün həkim yoxlanışından keçdim. Ona görə hələ vaksin vurdurmamışam".

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişad, ad günü və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2299   Tarix: 04 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aygün və Zülfiyyənin coşğu dolu konsertində YAŞANANLAR – VİDEO

Xalq artistləri Aygün Kazımova və Zülfiyyə Xanbabayevanın uzun zamandır gözlənilən ilk dəfə birgə konserti baş tutub. BİG.AZ bizim media-ya istinadla xəbər verir ki, ötən gün paytaxtın dəbdəbəli məkanlarının birində iki sənətçi səhnə alıb. Musiqili gecə üçün Kazımova çəhrayı kostyum seçib. Xanbabayev

13.04.2024 5184
.

"Zooparkda heyvanlarla dərdləşdim"

Müğənni Mətanət Əsədova növbəti açıqlamalarıyla diqqət çəkib. OLAY yazır ki, ifaçı heyvanlarla dərdləşdiyi söyləyib. Bu barədə o, "Mirinin dibçəyi" yutub layihəsində danışıb. "Mən anamdan başqa heç kimə etibar etmirəm. Bir sözüm də olanda, sevincimi, dərdimi gedirəm onun qəbrini ziyarə

12.04.2024 514
.

"Qayınanam bacısı qızını salıb oğlunun yanına" - VİDEO

Tanınmış jurnalist və aparıcı Afət Rahilqızı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, şəxsi həyatından danışan jurnalist maraqlı etiraflar edib. Övladı olmadığı üçün qurduğu ailədə problemlər yaşayan Afət onu müalicə üçün anasının evinə göndərən keçmiş qayınansını qınayıb. Sosial şəbəkə hesabında

15.04.2024 379
.

Ad günündə Elçinin olmaması diqqət çəkdi - FOTOlar

Xalq şairi Sabir Rüstəmxanlının xanımı, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ailəsi ilə olan fotolarını paylaşıb. BİG.AZ axşam.az-a istinadən bildirir ki, şəkildə S.Rüstəmxanlı, övladı Aydan və nəvələri yer alıblar. T.Rüstəmxanlı qızı Aydanın ad günü olduğunu vurğulayıb. O, övladın

14.04.2024 8521
.

Bu da aparıcı Zümrüdün qızı Ləman - YENİ FOTO

Tanınmış aparıcı Zümrüd Bədəlova sosial şəbəkədə paylaşım edib. xəbər verir ki, Zümrüd instaqram hesabında qızı Ləmanın görüntülərini paylaşıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Görüntülərə xoş sözlər yazıblar. Həmin fotonu təqdim edirik:

13.04.2024 5418
.

Dilarə Əliyeva toylara aparıcı kimi getməməsinin səbəbini açıqladı

"Mən söz adamıyam. Mənim üçün söz tapılmış bir nemət, dür, zər cəvahiratdır". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "Göstərir radio" proqramlıda qonaq olarkən deyib. Aktrisa ilk dəfə niyə toy aparıcılığı etməməsinə aydınlıq gətirib: . "Mənim qarşımd

14.04.2024 534
.

Azərbaycanlı aktrisa: "4 dəqiqəyə 7 min qazanıram" - VİDEO

Bloger və aktrisa Aydan Hüseynova "Xəbərin var" verilişində maraqlı açıqlamalar verib. xəbər verir ki, o, "Tiktok" sosial şəbəkəsində qazandığı pullardan danışıb. Aktrisa 4 dəqiqəlik yarış zamanı 4 min dollara yaxın pul qazandığını etiraf edib. Bu qazancın normal olduğunu bildirə

14.04.2024 832
.

Aygün və Zülfiyyə bir araya GƏLDİ - FOTOLAR

Xalq artistləri Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir araya gəliblər. BİG.AZ bizim.media-ya istinadən bildirir ki, sənətçilər Bakının məşhur restoranların birində nahar ediblər. Aygünlə Zülfiyyənin bu görüşünə dünyaca məşhur dizayner Rüfət İsmayıl da qoşulub. Onlar bu anları xatirəyə çevirmək üçü

13.04.2024 4622
.

Nigar Anar Ələkbərovla foto paylaşdı

"Avroviziya 2011" qalibi Nigar Camal Prezidentin köməkçisi Anar Ələkbərovla foto paylaşıb. Axşam.az xəbər verir ki, müğənni A.Ələkbərovu ad günü münasibətiylə təbrik edib. Nigar "Heç bir gözəllik yaxşı ürəkdən daha parlaq ola bilməz! Ad gününüz mübarək olsun, Anar müəllim! Özəl gününüzd

14.04.2024 635