"Yanan ərazilərimizdə otel, villa istəmirik"

"Yanan ərazilərimizdə otel, villa istəmirik"Türkiyədə davam edən meşə yanğınlarında məşhurları narahat edən digər məsələ isə həmin ərazilərdə gələcəkdə otel, restoran kimi obyektlərin tikilmə ehtimalıdır.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Kənan Doğulu "İndiyə qədər meşə yanğınlarından sonra tikilən yerlərdən səhnəyə çıxmağım üçün gələn təklifləri rədd etdiyim kimi, bundan sonra da qəbul etməyəcəyəm" paylaşımını edib.

Murad Boz isə "Gələcəkdə yanan meşələrimizin yerində otel, villa tikilməsini istəmirik. Yenidən ağaclarımızın əkilməsini və orada canlıları görmək istəyirik" yazıb.

Aktrisa Burcu Biricik həmin ərazidə tikilən heç bir yerdə istirahət etməyəcəyini qeyd edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1547   Tarix: 04 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Ustalar.az ustalar sayti