Reklamdan canımız qurtarır... - "YouTube"dan YENİ FUNKSİYA

Reklamdan canımız qurtarır... - "YouTube"dan YENİ FUNKSİYA"Google" şirkəti "YouTube"da reklamları bağlamaq üçün yeni bir funksiya - abunə seçimi təqdim etmək niyyətindədir.

Bu barədə "The Verge" məlumat yayıb.

"Premium Lite" adlandırılan yeni xidmət "YouTube"un veb versiyasında, iOS, Android tətbiqlərində, ağıllı televizorlarda və oyun konsollarında aktiv olacaq. Bu xidmət əsnasında görüntüləri reklamsız izləmək olacaq.

Qeyd edək ki, indiyə qədər "Premium Lite"in bu xüsusiyyəti yalnız bir neçə Avropa ölkəsində test rejimində mövcud idi. Bunun üçün ayda 7 avro ödəmək təklif edilir (tam abunəlik 12 avrodur)./APA


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 947   Tarix: 03 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş