Ana olmaq üçün 30 kiloqram arıqladı

Ana olmaq üçün 30 kiloqram arıqladıHollivud ulduzu Rebel Uilson sürətlə arıqlamasının əsl səbəbini açıqlayıb.

BiG.AZ xəbər verir ki, bu barədə aktrisa İnstaqramın canlı yayımında pərəstişkarları ilə söhbət edərkən danışıb. Həkimlərin köməyi və düzgün qida rasionundan istifadə edən Rebel 30 kiloqram arıqladığını deyib:

"Gələcəkdə ana olmaqla bağlı araşdırmalar apararkən həkim mənə dedi ki, "Əgər sağlam olsaydınız, sizin daha çox şansınız olardı". Bu söz məni incitdi. Düzdür, hər zaman elə hesab edirdim ki, çəkim çox olsa da, sağlamam. Bu, belə başladı. Əgər arıqlasam, gələcəkdə yumurtalıqlarımı dondurub, ana ola biləcəyəm"./ Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2138   Tarix: 02 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Turlar.az