Turlar.AZ - Azərbaycanda istirahət mərkəzləri

Turlar.AZ - Azərbaycanda istirahət mərkəzləriturizm elanları saytında sizə Azərbaycanın istənilən bölgəsində ən gözəl istirahət mərkəzləri təklif olunur! Seçim etmək sizdən, səyahət turu təşkil etmək bizdən!

Ənənəvi olaraq Azərbaycanda turizm bölgələri kimi şimal və şimal-qərb rayonları tanınsa da, ölkənin cənubu öz təbiətinə və burada yaradılan şəraitə görə onlardan qətiyyən geri qalmır. Talış dağlarından Xəzər dənizinə qədər geniş bir ərazini əhatə edən bölgədə çoxsaylı istirahət məkanları var.

Lerik rayonunda, Lənkəran-Lerik şossesinin 27-ci kilometrliyində yerləşən Meşəbəyi istirahət mərkəzi ekoloji cəhətdən ideal yerdə qərarlaşıb. O qədər təmizdir ki, burada həm səyahətçilər, həm turistlər, həm də sanatoriya-kurort müalicəsi olanlar özlərindən xəbərsiz müalicə olunurlar.

Qədim milli üslublu, butik tipli Eko-otel Lənkəran şəhərinin mənzərəli və əlverişli hissəsində, Ləvəngi dairəsində yerləşir. "Şərqin simvolu" adlandırılmağa layiq olan bu muzey xarakterli, nadir və əvəzsiz otel hər bir qonağı qədim dövrə - Lənkəran xanlığına "səyahətə aparır".

Paytaxt Bakı da istirahət mərkəzləri, gözəl otelləri ilə göz oxşayır.
"Boulevard Baku Autograph Collection" otelinin qapıları günəşli Bakının bütün qonaqlarına açıqdı. Wi-Fi, park, transfer, ekskursiyalar və s. sizin xidmətinizdədir.
Otaqların cəlbedici rəngləri istirahət üçün inanılmaz bir ahəng yaradır. Burada sizing rahat və komfortlu yaşamağınız üçün, xoş hisslər duymaq üçün hər şey var. Otelin ərazisində fəaliyyət göstərən restoranda yerli, Avropa və digər mətbəxlərdən olan ən ləziz təamları sifariş etmək olar. Yaxınlıqda yerləşən mağazalar, kafe, şəhərin görməlı yerləri, eləcə də şəhər ətrafındakı hərəkəti asanlaşdıracaq ictimai nəqliyyat dayanacaqları sizing qulluğunuzdadır.

"Landmark Baku" Bakının çox əlverişli hissəsində yerləşir. Çimərlik və əsas infrastruktur obyektlərinə çatmaq üçün bir neçə dəqiqə gərəkdir. Otelin qonaqları üçün müxtəlif kateqoriyalı və münasib qiymətə olan rahat otaqlar mövcuddur. Hər bir qonağın rahatlığı üçün şərait yaradılmış, otaqlar lazımi mebel və müasir texnika ilə təchiz edilmişdir. Otelin restoranında bütün növ xidmətlər göstərilir.

Park Inn by Radisson Azerbaijan həm şəhərin mərkəzinə, həm də Xəzər dənizinin sahilinə çox yaxın bir məsafədə yerləşir. Servisə eniş otaqlarda kondisioner, yastı ekranlı televizor, mini bar, müxtəlif avadanlıq, Wi-Fi şəbəkəsinə simsiz çıxış daxildir. Xüsusi vanna otağı şəxsi gigiyena üçün lazımi əşyalarla təchiz olunmuşdur. Səhərlər dadlı və zövqlü qəlyanaltı yeməyi verilir. Axşamlar milli mətbəxin ləzzətli təamları göz oxşayır. Barda turistlərə müxtəlif içkilər təklif edilir.

Küngüt otel-restoranı da Azərbaycanın ən gözəl istirahət mərkəzlərindən biridir. Şəkinin şimal - şərqində, şəhərin mərkəzindən 24 km məsafədə, Bakıdan Şəkiyə gələn yolun düz üstündə yerləşir. Dəniz səviyyəsindən 1200 metr hündürlükdəki oteldə qonaqların dincəlməsi üçün hər cür şərait var. İstirahət insan sağlamlığı üçün ən vacib şərtlərdən biridir, odur ki, Kungut Hotel & Resort qonaqlarına gündəlik təlaşdan uzaqlaşaraq istirahət etmələri üçün ideal şərait yaratmışdır. Otelin əlverişli coğrafi mövqeyini xüsusi vurğulamaq lazımdır. Otel həmçinin Qəbələ Beynəlxalq aeroportundan cəmi 78 km uzaqlıqdadır (maksimum 1 saat). Yeri gəlmişkən, otel aeroportdan və əks istiqamətdə transfer xidməti təklif edir. Bundan əlavə, Şəkinin coğrafi mövqeyi və iqlimi atla gəzinti üçün idealdır. Odur ki, dünyaca məşhur Azərbaycan atlarında gəzmək şansını əldən verməyin.

Azərbaycanın digər şəhər və bölgələrində də füsunkar istirahət mərkəzləri mövcuddur. Ürəyiniz istədiyi bölgəyə saytımız vasitəsilə tur təşkil edə bilərsiniz!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 318   Tarix: 19 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş