Goranboyda toyda bıçaqlanma olub

Goranboyda toyda bıçaqlanma olubGoranboyda bıçaqlanma hadisəsi qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Todan kəndində keçirilən toy mərasimində baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Kərəm Rasim oğlu mərasimdə baş verən mübahisə zamanı kürək və qabırğa nahiyəsindən bıçaq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. R.Məmmədovun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 598   Tarix: 01 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş