Ucarda karantin qaydalarının pozulduğu toylar aşkarlanıb

Ucarda karantin qaydalarının pozulduğu toylar aşkarlanıbUcar Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində Alpout, Müsüslü, Məlikballı, Təzə Şilyan, Yuxarı Şilyan və Qaracallı kəndlərində yerləşən 8 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, qayda pozuntularına yol vermiş ev sahibləri ilə mövcud qaydalar haqqında izahedici söhbətlər aparılıb. Qeyd edilir ki onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 542   Tarix: 01 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş