Biləsuvarda avtomobil aşıb, xəsarət alanlar var

Biləsuvarda avtomobil aşıb, xəsarət alanlar varBiləsuvar rayonunda yol qəzası olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar- Bəhramtəpə yolunun Biləsuvar rayonunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayonunun Qızılkənd kənd sakini Mahmudov Naib Xudaverdi oğlu idarə etdiyi "VAZ-2107" markalı minik avtomobilini yolun kənarına aşırıb.

Qəza nəticəsində sürücü və sərnişinlər - Mahmudzadə Sərvinaz Naib qızı və Mahmudov Elşən Əvəz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 701   Tarix: 01 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş