Mütəxəssisdən koronavirusla bağlı qorxunc açıqlama - 2013-cü ildən...

Mütəxəssisdən koronavirusla bağlı qorxunc açıqlama - 2013-cü ildən..."SARS-CoV-2 virusunun 2013-cü ildən mövcud ola biləcəyi ehtimal olunur".

BiG.AZ APA-ya istinadən bildirir ki, bu iddianı Cenevrə Tibb Universitetinin yoluxucu xəstəliklərin qarşısının alınması və nəzarəti şöbəsinin müdiri Didye Pitte səsləndirib.

Mütəxəssis bildirib ki, 2013-cü ildə Çinin Uhan şəhəeindən təxminən 1100 kilometr aralıda speleoloqlar tərəfindən araşdırılan mağaralarda "COVID -96" virusuna çox oxşar yoluxucu virusun aşkar edilib: "Lakin mağarada çalışan insanların bu virusa yoluxa biləcəyi aydın deyil. Qaranlıq qalan şey sözügedən virusun Uhan laboratoriyalarından biri tərəfindən aşkarlanmasıdır. Bu, koronavirusun laboratoriyada yaradıldığı anlamına gəlmir".

Bütün bunlara baxmayaraq D.Pitte hesab edir ki, Çin oxşar bir virusun hələ 2013-cü ildə aşkar edildiyini gizlətməyə çalışıb: "Nəşrlər, dissertasiyalar bu laboratoriyalarda çalışan insanlar tərəfindən hazırlanıb. Ancaq həmin dissertasiyalar yoxa çıxdı. Bu məqam bir az narahatlıq doğurur".

Alimin sözlərinə görə, hələ 2019-cu ildə Çində keçirilən hərbi Olimpiya Oyunlarına qatılan idmançılar arasında koronavirusa bənzər bir xəstəliyin yayılması əlamətləri var idi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2568   Tarix: 01 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Kurslar.az kurslar