Türkiyədə meşəyə getmək qadağan olundu - FOTO

Türkiyədə meşəyə getmək qadağan olundu - FOTOTürkiyənin 12 vilayətində meşə massivlərinə giriş qadağan olunub.

Bu barədə ölkə KİV-i məlumat yayıb.

Qadağaların meşə yanğınlarıyla bağlı olduğu və bəzi vilayətlərdə avqustun sonunadək, bəzilərində isə xüsusi göstərişədək qüvvədə qalacağı bildirilib.

Qeyd edək ki, Türkiyənin kənd və meşə təssərrüfatı naziri Bəkir Pakdəmirlinin öz "Twitter" səhifəsində açıqladığı son məlumatlara görə, hazırda 70 meşə yanğını nəzarət altına alınıb, 11 yanğın ocağında isə müvafiq istiqamətdə işlər davam etdirilir.

Türkiyədə meşəyə getmək qadağan olundu - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1340   Tarix: 30 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş