4 AYAQLI cücə görənləri MAT QOYDU - VİDEO

4 AYAQLI cücə görənləri MAT QOYDU - VİDEOTaylandın Lampanq əyalətində doğulan dörd ayaqlı cücə görənləri təəccübləndirir.

BiG.AZ xəbər verir ki, bu barədə "Newsflare" yazır.

Vasan Kanphian adlı fermerin sözlərinə görə, "Ha Dong Tao" cinsindən olan cücə üç ay öncə dünyaya gəlib. Mutasiya etdiyinə baxmayaraq, sağ qalan cücəni fermer özündə saxlayıb və ona Rod Ma adı verib:

"Anadangəlmə nöqsanları olan toyuqlar nadir halda sağ qalırlar, lakin bu quş fərqlidir. Onu satmayacağam və bir dost kimi qayğısına qalacağam".

Qeyd edək ki, "Ha Dong Tao" toyuqları böyük ayaqları ilə seçilirlər. Taylandda bu cinsdən olan dörd aylıq cücələrin qiyməti 6 000 batdır (310 manat), beş aylıqlara 7500 bat (388 manat) verirlər, böyük toyuqların qiyməti isə 18 000 bata (930 manat) çata bilər.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2112   Tarix: 30 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş