Baş Prokurorluq polisi döyən deputatla bağlı MƏLUMAT YAYDI

Baş Prokurorluq polisi döyən deputatla bağlı MƏLUMAT YAYDIİyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor" restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılmışdır.
Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdır.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.
Kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş edilir.
İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 719   Tarix: 30 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş