Koronavirus kişilərə necə təsir edir?

Koronavirus kişilərə necə təsir edir?İranlı bioloqlar SARS-CoV-2 virusunun kişilərdə reproduktiv funksiyalara təsirini araşdırıblar.

BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Reproduction, Fertility and Development" jurnalında nəşr olunub.

Məşhəd Tibb Elmləri Universitetindən Fatemeh Mohanazadə Fəlahinin rəhbərliyilə, alimlər koronavirusu orta ağır formada keçirmiş 20 kişi üzərində müşahidə aparıblar. Müəyyən olunub ki, COVID -19 çoxsistemli infeksiya olduğu üçün orqanizmin bir çox funksiyalarına, o cümlədən də cinsi funksiyalara mənfi təsir göstərir.

Virus prostat vəzisi hüceyrələrinə daxil olaraq, kişi reproduktiv sağlamlığını təhdid edir. Lakin təxminən 120 gün sonra hüceyrələr COVID-in mənfi təsirini tam şəkildə neytrallaşdırır və bütün cinsi funksiyalar əvvəlki səviyyəsində bərpa olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 834   Tarix: 30 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti