Yanğınla bağlı paylaşımı tənqid olundu

Yanğınla bağlı paylaşımı tənqid olunduMüğənni Jehan Barburun Türkiyədəki meşə yanğınları ilə bağlı tvitterdə paylaşdığı post tənqid olunub.

Axşam.az xəbər verir ki, müğənni yazdığı tvitdə insanlardan çox heyvanlar üçün narahat olduğunu yazıb:

"Bağışlayın, amma ürəyim insanlar üçün deyil, yanğında qalan heyvanlar üçün döyünür. Bədbəxt dünyamızın günahını çəkən məsumlara".

Qeyd edək ki, hazırda müxtəlif bölgələrində yanğınlar səngiməyən Türkiyənin daha bir siması yanğınla əlaqəli paylaşımına görə tənqid edilib. Ölkənin ən varlı qadınlarından sayılan Süreyya Yalçın dincələrkən alovlardan çıxan dumanın qarşısında foto çəkdirib. Qınaqlardan sonra şəkilləri hesabından silməli olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2833   Tarix: 30 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş