Təhsil naziri sualları cavablandıracaq

Təhsil naziri sualları cavablandıracaqTəhsil naziri Emin Əmrullayev 4 avqust saat 16:00-da "Facebook" səhifəsi üzərindən 2020-2021-ci tədris ilində keçirilmiş müəllimlərin işə qəbulu imtahanları ilə bağlı sualları cavablandıracaq.

BiG.AZ xəbər verir ki, bu barədə nazir sosial şəbəkə paylaşımında məlumat verib. O bildirib ki, suallar 3 avqust saat 17:00-dək bu paylaşımın rəy bölməsində qeyd edilə bilər.

Canlı yayımda müsabiqəyə çıxarılan vakant yerlər, MİQ imtahanında istifadə edilən suallar, növbəti ildə tətbiq olunacaq yeniliklərlə bağlı suallar cavablandırılacaq.

Təhsil naziri sualları cavablandıracaq


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2868   Tarix: 29 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş