Fəxrəddin Altun: "Qarabağda dezinformasiya ilə mübarizədə qazandığımız uğur bütün dünyaya nümunədir"

Fəxrəddin Altun: "Qarabağda dezinformasiya ilə mübarizədə qazandığımız uğur bütün dünyaya nümunədir""Qarabağdakı ədalətli mübarizəmizdə rast gəlinən dezinformasiyalar, saxta xəbərlər və təhrif cəhdlərinə qarşı doğru məlumatlarla həqiqəti işıqlandırdıq. Dezinformasiyaya qarşı mübarizədə qazandığımız bu uğur bütün dünyaya nümunədir".

Bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Türk Şurası Sosial Media Təlim Proqramı və Türk Şurası Media Koordinasiya Komitəsinin 1-ci toplantısındakı çıxışında qurumun rəhbəri Fəxrəddin Altun deyib.

Proqramın açılışına video konfransla qatılan F.Altun Türk Şurası ölkələri arasındakı həmrəylik və əməkdaşlığı bütün sahələrdə olduğu kimi kommunikasiya sahəsində də dərinləşdirməyə çalışdıqlarını, proqramın bu istiqamətdə atılan mühüm addım olduğunu bildirib.

Sistemli dezinformasiya və yalan terrorunun bütün dünyada olduğu kimi, Türk dünyasının da üzləşdiyi ciddi problemlərdən biri olduğunu söyləyən F.Altun Türkiyənin bu problemlə mübarizədə əhəmiyyətli irəliləyişlər əldə etdiyini, lakin hələ də mübarizəyə davam edilməli olduğunu vurğulayıb.

"Əlbəttə ölkələrimizi və vətəndaşlarımızı sosial mediadakı təbliğatlardan, saxta xəbərlərdən, manipulyasiyalardan və sistemli dezinformasiyalardan qorumaq üçün lazım olan addımları atırıq. Məqsədimiz həqiqəti yaşatmaq, həqiqəti müdafiə etmək, hər cür yalanı, dezinformasiyanı aradan qaldırmaqdır. Sosial mediada hər yazılanın doğru olmadığı nöqtəsində ayıq olmalıyıq. İçtimaiyyətin vicdanını, ölkəmizin birliyini və bütövlüyünü təhdid edən dezinformasiya, saxta xəbərlər, manipulyasiya və təbliğat əməliyyatlarına qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik", - deyə Altun bildirib.

F.Altun FETÖ-nün 15 iyul xain çevriliş cəhdi zamanı və sonra Türkiyənin ölkə daxilində və xaricində hər cür terror təşkilatına qarşı böyük bir mübarizə apardığını qeyd edib:

"Türkiyə öz torpaqlarını kökü xaricdə olan terrorçu ünsürlərdən qətiyyətlə təmizləyərək, "Fərat Qalxanı", "Zeytun Dalı" və "Barış Pınarı" hərəkatları DEAŞ və PKK mənbəli beynəlxalq terrorizmə böyük bir zərbə vurdu. Bu müddətdə hərbi mübarizə ilə yanaşı dezinformasiya, saxta xəbərlər, təhrif və böhtanlara qarşı da fəal mübarizə apardıq".

Suriyada, Liviyada və son olaraq Qarabağda sülh və sabitliyi qorumaq üçün əməkdaşlıq edən ünsürləri sosial media platformalarında ləkələmək cəhdlərinin də uğursuzluğa düçar olduğunu söyləyən Altun sözlərini belə davam etdirib: "Xüsusilə Qarabağdakı ədalətli mübarizəmizdə rast gəlinən dezinformasiyalar, saxta xəbərlər və təhrif cəhdlərinə qarşı doğru məlumatlarla həqiqəti işıqlandırdıq. Dezinformasiyaya qarşı mübarizədə qazandığımız bu uğur bütün dünyaya nümunədir.

Türk Şurasındakı qardaş ölkələrin gənc və dinamik əhalisi var. Bu gün ortaq dilimiz olan türk dili dünyada internet məzmununda 4-cü ən çox istifadə edilən dildir. Dünya əhalisi ilə müqayisədə sosial media istifadəçilərinin sayı sürətlə artan ölkələr arasında türk dünyası ölkələri də var. Buradan məlum olduğu kimi, türk dilli ölkələr rəqəmsal dünyadakı təhdidlərə qarşı qurban deyil, həqiqəti müdafiə edərək bu dünyadakı imkanlardan istifadə etməli və bu məkanı tənzimləməli olan həqiqi aktyorlardır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 390   Tarix: 29 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

12:44 0
.

"Putin həmin gecə yatmayıb"

"Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da törədilən terror aktından sonra gecəni səhərə qədər yuxusuz keçirib". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalist Pavel Zarubinə müsahibəsində Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putin həmi

10:48 0
.

"Şəbnəm ancaq toy bazarına işləyir"

"Şəbnəm yaxşı qızdır, üzərində çalışır. Amma toy bazarına çalışır onlar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Tarixin bir günü" verilişində müğənni Şəbnəm Tovuzlunun ünvanına deyib. Sənətçi Şəbnəmin toy üçün çalışdığını söyləyib. G.Əliyeva aparıc

11:53 0
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

Bu gün ilk Qədr gecəsidir

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, İdarənin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gec

11:03 0
.

Bədbəxt hadisələr üst-üstə gəldi: baba və nəvə eyni gün dünyasını dəyişdi

Siyirmə dəyərək boynu qırılan 15 aylıq körpə həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, həmin gün körpənin babası da dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib. Belə ki, Evrim-Mikayıl Şamlı cütlüyü ötən gün 15 aylıq oğullarını nənəsinin yanına qoyub. Nəvəsinə tək baxan, eyni zamand

12:26 0
.

Moskvada növbəti terror təhlükəsi!

Rusiya paytaxtı Moskvanın şimal-qərbində yerləşən "Şuka" ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb. "Qafqazinfo"xəbər verir ki, bu barədə TASS-a Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib. "Şuka ticarət mərkəzindəki insanlar partlayış təhlükəsi ilə əlaqəda

27.03.2024 437
.

Ağalarovun "Crocus City Hall" konsert zalı bankda girov imiş - Yeni DETALLAR

Rusiyanın Moskva vilayətində 22 martda terror aktı nəticəsində bir hissəsi yanmış "Crocus City Hall" konsert zalının bankda girov qoyulduğu məlum olub. Rusiya Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən çıxarışa əsasən əmlak "Qazprombank"da kredit müqabilində girov qoyulub. Belə ki

27.03.2024 467
.

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? – AÇIQLAMA

Bu gün qanunsuz evlərdə yaşayan vətəndaşların problemlərindən biri də yaşadıqları evlərdə qeydiyyata düşə bilməmələridir. Vətəndaşlar bələdiyyədən aldıqları torpaqlar üzərində müvafiq sənədləşmə aparmadan ev tikirlər ki, bu da sonda vətəndaşın özünə problemlər yaradır. xəbər verir ki, məsələ ilə bağl

27.03.2024 269