Prezident SƏRƏNCAM İMZALADI

Prezident SƏRƏNCAM İMZALADIPrezident İlham Əliyev Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

BiG.AZ-ın məlumatına görə, sərəncama əsasən, talassemiyalı və hemofiliyalı xəstələri günün tələbləri səviyyəsində tibbi xidmətlə təmin etmək məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 600 min manat ayrılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1448   Tarix: 29 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş