Zəngəzur dəhlizinin açılması Ermənistanı niyə qorxudur? - AÇIQLAMA

Zəngəzur dəhlizinin açılması Ermənistanı niyə qorxudur? - AÇIQLAMAİkinci Qarabağ müharibəsindən sonra regionda quru yolla dəhlizin açılması kimi məsələlərin müzakirəsi gündəmə gəldi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında bu mövzuya xüsusilə toxunaraq Ermənistanı Zəngəzur dəhlizi ilə bağlı anlaşmaya çağırmaqda davam edir. Lakin Ermənistan tərəfinin daxilindəki siyasi böhran onları bu çağırışdan çəkindirməklə yanaşı, Zəngəzur dəhlizini öz ölkələrinin gələcəyinə təhdid kimi görməsinə də səbəb olur. Bəs dəhlizin açılması Ermənistanı niyə qorxudur?

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli məsələ ilə bağlı Sonxeber.az-a açıqlamasında bildirib ki, son bir ayda baş tutan prezident seçkilərindən sonra Nikol Paşinyan öz mövqeyini tamamilə dəyişib:

"O, yenidən anti-Azərbaycan əhval-ruhiyyəsinə qayıdıb. Ermənistanda kifayət qədər Rusiya patronajlığının olmasına baxmayaraq, Qərbdən gələn kömək sayəsində Paşinyan ümumi prosesə zərbə vurur, cəbhə xəttində atəşkəsi pozmaqla, müharibə ritorikasını artırmaqla hansısa kənar qüvvələri bölgəyə cəlb eləməyə çalışır. Bu səbəbdən o, Zəngəzur dəhlizinin açılmasını istəmir, onu bir təslimçilik aktı kimi qəbul edir. Ermənilər də bunu öz dövlətlərinə təhlükə kimi görürlər. Ancaq bu, yanlış bir düşüncədir.

Paşinyanın erməni xalqının dəstəyini tam olaraq alması ilə bağlı fikirlər də doğru deyil. O, seçicilərin 25%-indən azının səsini alıb. Bu o deməkdir ki, Ermənistan tərəfdə həm siyasi, həm də hərbi böhran davam etməkdədir. Hərbi ritorikanın qərarlarını verən Rusiya Azərbaycanla münaqişənin qəti əleyhinədir. Siyasi mərkəz isə Fransada olduğundan onlar Ermənistanı çıxılmaz vəziyyətdə qoyublar.

Onu deyə bilərəm ki, qısa müddətdə Ermənistanın hazırda yürütdüyü siyasətə görə cəzalandırılmasının şahidi olacağıq. Həmçinin, Ermənistan 10 noyabr razılaşmasının altına növbəti dəfə öz imzasını atıb, tələbləri reallaşdırmaq məcburiyyətində qalacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 606   Tarix: 29 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477