"Dedi ki, adam 100 qram arağa görə elə arvadı boşayar?"

"Dedi ki, adam 100 qram arağa görə elə arvadı boşayar?""Haqqımda çox şayiələr yayılıb. Bir müddət neçə il burda olmadım. Haqqımda gah yayıldı, dünyasını dəyişib. gah da dedilər Türkiyədə dəri satır. Bu peşənin xüsusiyyətləridir, olmalıdır".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Füzuli Hüseynov "Kinomən" verilişində deyib. Aktyor illər əvvəl yaradıcılığına fasilə verdiyi ərəfədə haqqında çıxan şayiələrdən danışıb.

"Yad qızı" tamaşasındakı obrazından danışan F.Hüseynov "Tənqid edənlər çox olurdu. Bir dəfə Şəkidə biri lap kökündən vurdu: deyir ki, adam 100 qram arağa görə elə arvadı boşayar? Mənfi obrazlar çox təhlükəlidir. İnsanlar ona uyğun sənə münasibət bəsləyirlər. Normal yanaşmaq lazımdır" sözlərini söyləyib.

F.Hüseynov teatrlardakı intriqalardan bəhs edib:

"Bunlar boş şeydir. Hər bir kollektivdə intriqa, dedi-qodu var. teatrlar üzdədir deyə şişirdilir. Nə dər ki, kollektiv var, bunlar inkişaf edəcəklər. Hazırda teatrda, televiziyada olanlar boz rəngdir. Efiri açırsan, bilirsən ki, nədən danışılacaq. Teatr, televiziya, film o vaxt maraqlı olur ki, eşitmədiyini görəsən. Müasir film, teatr dedikdə nə qədər açılan qapılar var. Müharibədən 1 il ötür. Bu qələbəni, gözəlliyi, yardımı əks etdirmək olar. Bir uşağı qoyub evdə gediblər. Niyə bunu götürüb ekranlaşdırmırsınız? Nə qədər məişət mövzusu var... Birinin övladı narkotik aludəçisidir. Götürün bu ssenariləri".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2626   Tarix: 29 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti