Bu ərazilərə dolu yağıb - FAKTİKİ HAVA

Bu ərazilərə dolu yağıb - FAKTİKİ HAVAAzərbaycanda müşahidə olunan fakti hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məluamta görə, iyulun 27-si axşamdan 29-u səhərədək ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, yağan lintensiv və güclü yağışlar nəticəsində Balakən-Şəki bölgəsi çaylarından, Əyriçay, Şinçay, Kürmükçay, Balakənçay, Qabırrı-Kəsəmən (Şəmkir), Qanıx çaylarında sululuq artmış, bəzi dağ çaylarından sel keçmişdir. Ayrı-ayrı yerlərdə güclü şimal-qərb küləyi əsmişdir.

Yağıntının toplam miqdarı: Ləzədə (Qusar) 65 mm (aylıq normanın 218 %-i), Balakəndə 49 mm (aylıq normanın 63 %-i), Zaqatalada 44 mm (aylıq normanın 60 %-i), Şahdağda 42 mm, Oğuzda 38 mm (aylıq normanın 57 %-i), Qazaxda 35 mm, (aylıq normanın 110 %-i), Kişçayda (Şəki) 35 mm (aylıq normanın 58 %-i), Şəkidə 34 mm (aylıq normanın 56%-i), Qusarda 30 mm (aylıq normanın 110%-i), Lənkəranda 28 mm (aylıq normanın 201%-i), Lerikdə 25 mm (aylıq normanın 151%-i), Astarada 23 mm (aylıq normanın 69%-i), Sarıbaş (Qax) 23 mm, Qrızda 22 mm, Quba, Xınalıqda 17 mm, Qəbələdə 15 mm, Nabranda 14 mm, Ağstafada 12 mm, Tovuz, Qax, Gəncədə 10 mm, Ceyrançöldə 9 mm, Tərtərdə 7 mm, Şəmkir, Şərurda 5 mm, Mingəçevir, Xaçmazda 4 mm, Şabran, Yardımlı, Yevlaxda 3 mm, Qax, Gədəbəy, Ağdərə (Ordubad), Göygöl, İsmayıllı, Bərdə, Şahbuzda 2 mm, Daşkəsən, Sədərək, Xaltan, Naxçıvan, Şamaxı, Qobustan, Naftalan, Salyan, Göyçay, Zərdab, Kürdəmir, Biləsuvar, Beyləqan, Cəfərxan, Salyan, Maştağa, Bakıda 1 mm-dək olmuşdur.

Dolu: Şəmkirçay Qalakənddə diametri 22 mm, saat 18:15-18:20 radələrində Gədəbəy rayonu Miskinli kəndində diametri 5-6 mm, Plan kəndində və Gəncə şəhərinin bəzi yerlərində leysan yağışlarla bərabər xirda dənəli dolu yağmışdır.

Külək: Şimal-qərb küləyi arabir Daşkəsən, Neftçalada 25 m/s, Salyanda 23 m/s, Naftalanda 22 m/s, Şirvanda 21 m/s, Altıağac, Ağstafada 20 m/s, Çeyrançöldə 19 m/s, Xaçmaz, Şamaxı, Qobustan, Naxçıvan, Hacıqabulda 18 m/s, Şabranda 17 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Maştağa, Bakıda 35 m/s, Sumqayıtda 31 m/s, Qum adasında 30 m/s, Pirallahı, Çilov adasında 29 m/s, Neft Daşlarında 28 m/s, Qum yataqda 26 m/s, Binədə 24 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6.0 metrə çatıb.

İyulun 29-u səhər saatlarından şimal-qərb küləyi 8-13 m/s-dək mülayimləşib.

Qeyd: İyulun 29-u gündüz, 30-da ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu tədricən yüksələcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1755   Tarix: 29 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Pensiyaları

18.04.2024 458
.

Sumqayıtda itin insanlardan su istəməsi görüntüsü gündəm oldu - VİDEO

Sumqayıt şəhərində maraqlı hadisə baş verib. xəbər verir ki, şəhərdə itlərdən biri ağzında qab gətirərək insanlardan su istəyib. Görüntülər sosial şəbəkədə izlənmə rekordu qırıb. Deyilənə görə, həmin it hər gün eyni formada gələrək insanlardan su istəyir. Videonu BURADAN izləyin

18.04.2024 1570
.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

18.04.2024 328
.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

18.04.2024 264
.

Burkina Faso 3 fransız diplomatı persona non-qrata elan edib

Burkina Faso 3 fransız diplomatı persona non-qrata elan edib. xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi Vaqaduqu səfirliyində çalışan 3 diplomatın Burkina Faso rəhbərliyi tərəfindən təxribatçı fəaliyyətdə olduqları səbəbindən persona-non-qrata elan edildiyini və 48 saat ərzində ölkəni tərk etmələrini

18.04.2024 115
.

"Xəstəliklərin yaranması həm də su ilə bağlıdır"

"İnsanlarda baş verən xəstəliklərin 25 %-dən çoxu bilavasitə ətraf mühitlə bağlıdır". qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Əhliman Əmiraslanov Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin "Sağlam ailə modelini

17.04.2024 1161
.

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi dəyişdirildi

İsveç Parlamenti, biri cinsiyyətin dəyişdirilməsi üçün minimum yaş həddi 18-dən 16-ya endirilən və digəri isə əməliyyata girişi asanlaşdıran iki yeni qanun qəbul edib. xarici mediaya istinadən xəbər verir ki, İsveç Parlamentində altı saat davam edən qızğın müzakirələrdən sonra qanun layihələri lehin

18.04.2024 270
.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

18.04.2024 156
.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 282