Şakira həbs edilə bilər

Şakira həbs edilə bilərDünyaca məşhur müğənni Şakira vergiləri ödəmədiyinə görə həbs edilə bilər.

"Rossiya 24" telekanalı məlumat verir ki, ifaçı ittiham irəli sürən tərəflə razılaşmasa, İspaniyada məhkum kürsüsündə oturmalı olacaq.

Şakira ilk dəfə 2019-cu ilin iyununda ehtimal olunan 14,5 milyon avro məbləğində vergini ödəmədiyi ilə bağlı ifadə verib. Uzun araşdırmadan sonra müğənninin hakim qarşısına çıxmasına qərar verilib.

İspaniya prokurorluğu onu altı vergi cinayətində günahlandırır. Günahı sübut olunacağı təqdirdə Şakiranı həbs gözləyir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1993   Tarix: 29 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti