Hamının sevimlisinə çevrilən "Həyat həkim" əslində görün KİM İMİŞ - VİDEO

Hamının sevimlisinə çevrilən "Həyat həkim" əslində görün KİM İMİŞ - VİDEOSon dönəmlərdə sosial şəbəkələrdə videoları yayılan bir həkim obrazı hamının marağına səbəb olub. Yəqin ki, siz də bu "həkim"in fərqli fikirləri yer alan videoları ilə rastlaşmısınız. Çünki hansı sosial şəbəkəyə daxil olursan, ilk bu bu həkimin görüntüləri çıxır insanın qarşısına. Bəli, söhbət "Həyat həkim"dən gedir.

Əvvəlcə bu "həkim"in videoları yayıldıqda ciddi qəbul etdik və düşündük ki, çox zaman gündəlik həyatımızda rastlaşdığımız savadsız həkimlərdən biridir. Sonradan gördük ki, bu xanımın fərqli mövzularda da videoları yayıldı. Bizi maraq bürüdü və başladıq "Həyat həkim"in axtarışına. Axtarışımız zamanı gördük ki, bu xanımın kimliyi tək bizə yox, bir çox sosial şəbəkə üzvlərinə maraqlıdır və izləyicilər onun kim olduğu ilə bağlı maraqlanırlar.
Axtarışımız zamanı öyrəndik ki, 28 yaşlı gənc xanım əslində həkim yox, Azərbaycan Film Akademiyasının aktrisasıdır. Həyat Məlikova illərdir aktrisa olmağı arzulasa da, əvvəllər başqa sahələrdə çalışıb. Həyatının ən pis dönəmində qarşılaşdığı aktyorluq kursu bir andaca onun həyatını dəyişib və hamının sevimlisi olan "Həyat həkim"ə çevirib.

Düşündük ki, bu xanımla daha ətraflı müsahibə hazırlasaq, izləyicilər üçün də maraqlı olar. Lakin bu proyekti hazırlayan şəxslər "Həyat həkim"in hələ ki məxfiliyini qorumaq istədiklərini və bu mövzuda bizə köməklik göstərə bilməyəcəklərini bildirdilər. Verdikləri məlumata görə, layihə uzun müddət davam edəcək və daha da böyüyəcək.

Düzü, müsahibənin alınmadığına kədərlənsəm də, layihənin davamlı olması xəbəri şəxsən məni çox sevindirdi. Çünki "Həyat həkim" insanların ürəyindən keçənləri, dilə gətirə bilmədiklərini, bu günkü reallıqları gülüş vasitəsilə çatdırır. "Həyat həkim"in videolarında tək gülüş yox, gülüşün arxasında böyük kədər də durur. Çünki təəssüf ki, savadsız həkimlərin sayı ölkəmizdə heç də az deyil. Xəstə ayağın yerinə sağlam ayağı kəsənlər, peyvəndlər barədə müxtəlif fantaziyalı fikirlər səsləndirənlər, analizin nəticələrinə baxmadan xəstəni əməliyyata salanlar və s.

Bəlkə də həmin həkimlər necə göründüklərini "Həyat həkim" sayəsində kənardan görüb insafa gələrlər və bizim də yazıq canımız onların əlindən birdəfəlik qurtular. (bizimyol.info)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 11329   Tarix: 28 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278