Turlar.Az - Daxili Turlar

Turlar.Az - Daxili TurlarPulsuz turizm elanları saytı olan TURLAR.AZ-da sizə Quba, Qusar və İsmayıllı turları təklif olunur. Ən münasib qiymətlər bizdə!

Daxili turlar arasında Quba-Qusar-Laza turu ən məşhurlardandır. İlin istənilən fəslində bu turlar təşkil olunur. Ekonom və standart paketlər arasında qiymət fərqi olur. Qiymətə daxildir: nəqliyyat xidməti, qidalanma (səhər yeməyi), axşam qayıdışda çay süfrəsi, tur bələdçi, fotosessiya, Laza şəlaləsi, Laza kəndi, Qəçreş meşəsi və Qimilqazmaya ekskursiya.

Ayrıca Quba turu da yerli və əcnəbi turistlərin ən çox maraq göstərdiyi turlar sırasındadır. Gözəl təbiəti ilə şimal bölgəsinin ürəyi sayılan Qubada gəzintilərə siz də qoşulun!
Təbiət qoynunda yaddaqalan, xoş bir gün keçirmək istəyirsinizsə, o zaman İsmayıllı turu sizin üçündür!

Böyük Qafqaz silsiləsinin cənub yamacında yerləşən, dağların və meşələrin əhatəsində yaşıllıqlara qərq olmuş İsmayıllı rayonu Azərbaycanın ən dilbər guşələrindən biridir. Burada müxtəlif dövrlərə aid çoxlu sayda qədim abidələr var. Rayonun rəngarəng kəndləri də diqqətəlayiqdir. Rayon mərkəzindən 7 kilometr və Talıstan kəndindən 4 kilometr aralıda, Ağçayın sağ sahilində yerləşən Cavanşir qalası İsmayıllının iftixarı sayılır. İsmayıllının ən qədim kəndlərindən biri olan Talıstan isə rayon mərkəzindən 4 kilometr şimalda yerləşir.

İsmayıllı turuna komfortlu nəqliyyat xidməti, tur rəhbəri (bələdçi), əyləncəli və hədiyyəli oyunlar, peşəkar fotosessiya, çay süfrəsi, səhər yeməyi və maraqlı yerlərə ekskursiyalar aiddir!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 510   Tarix: 01 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Kurslar.az kurslar