Hiltondan hamiləlik xəbərləri ilə bağlı açıqlama

Hiltondan hamiləlik xəbərləri ilə bağlı açıqlamaMüğənni və model Peris Hilton nişanlısı, iş adamı Karter Reumdan körpə gözlədiyi ilə bağlı yayılan xəbəri təkzib edib.

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, 40 yaşlı müğənni hamilə olmadığını və körpə üçün evlənəcəyi vaxta qədər gözləyəcəyini açıqlayıb.

Bir qız və bir oğlunun olmasını arzulayan Hilton övladlarına gələcəkdə hər hansı sevdiyi şəhər və ya ölkənin adını qoyacağını da bildirib:

"Adları seçmişəm, amma açıqlamayacağam. Qoy sürpriz olaraq qalsın. Kiminsə körpələrimin adını oğurlamasını istəmirəm".

Hilton əkiz uşaqlar dünyaya gətirmək istədiyini də gizlətməyib. Hazırda toy hazırlıqlarının getdiyini söyləyən Hilton gəlinliyinin hələ tikildiyini vurğulayıb.

Qeyd edək ki, Peris Hilton Karter Reumla fevralda tropik bir adada nişanlanıb. Karter bir ildir birlikdə olduğu sevgilisinə 1 milyon dollar dəyərində brilyant üzük taxmışdı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1094   Tarix: 28 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Kurslar.az kurslar